"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home BannerVeteninfo

Azərbaycan Teatrının “DEFOLT” əzabı

29 Oktyabr 2016 - 06:11
in BannerVeteninfo
FacebookVatsap

Azərbaycan Teatrının “DEFOLT” əzabı

Mirzə Cəlilin “Ölülər” əsəri ilə imitasiya etmək nə qədər doğrudur?

Bunu da oxuyun

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə məlumatlandırılıb

Dövlət Akademik Milli Dram Teatrı istedadlı aktyorları, bacarıqlı rejissorların və dramaturqların məkanına çevrilmirsə, ölkədə teatrın hansı inkişafından danışmaq olar?!

Keçmiş sovet dönəmi bitsə də, Azərbaycanda teatra və reformlarına olan bürokratik münasibət dəyişməyib. Ölkə prezidenti bu problemləri nəzərə alaraq “Azərbaycan Teatrının 2009-2019-cu illərdə inkişafı” haqqında 85 maddəlik xüsusi sərəncam imzalayıb. Bu sərəncamdan irəli gələn vəzifələri icra etmək nə MTN-də (Mədəniyyət və Turizm Nazirliyi), nə də teatrlarda nəzərə alan bir kimsə yoxdur. Teatrların təmiri və maddi bazasının yaradılması prosesi prezident tərəfindən, ya da icra hakimiyyətlərinin təşəbbüsləri ilə həyata keçirilir. MTN isə teatr məsələsində susqunluq və sükunət bataqlığında it-bat olub. Çünki, bu nazirliyin başı hotelçilik biznesinə qarışıb. Əslində hotelçilik özəl sektorun sayəsində inkişaf edir. MTN-nin onlara lisenziya verməkdən başqa bir işi də yoxdur. Beləliklə də MTN dönüb olub adi bir notarial kontora. Ona görə də mədəniyyət sahəsində, özəlliklə də teatrla bağlı hər hansı bir inkişaf yox kimidir.

Bədii rəhbər, yoxsa təsərrüfat müdiri?

Dövlət Milli Akademik Dram Teatrında 2006-cı ildən üzü bu yana yaranmış problemlər demək olar ki, cözülməmiş qalır. Ara-sıra kosmetik dəyişimlərin effekt verməməsinin səbəbi teatra olan münasibətdən irəli gəlir. 2015-ci ilin sentyabrna kimi bu qocaman teatrda “staxanovçu zərbəçi əmək” siyasəti yürüdülürdüsə, ötən mövsümdən üzü bu yana, sanki ətalət zənciri ilə buxovlanıbdır. Cəmi bir tamaşa ilə, yəni klassik yazarımız Mirzə Cəlilin “Ölülər” əsəri ilə imitasiya etmək nə qədər doğrudur? Bu suala kimsə cavab vermək istəmir. Teatrın Bədii Şurası öncələrdə olduğu kimi passiv durumdadır. Repertuar siyasəti yox kimidir. “Teatr Studiyası”nın TXİ (Teatr Xadimləri İttifaqı) kimi haraya gömüldüyü belə, bəlli deyil. Azərpaşa Nemətov teatra bədii rəhbər və baş rejissor təyin olunandan sonra, burada sadəcə təsərrüfat işlərinə önəm verilməkdədir. Bu, ayaqyolunun abadlaşdırılması və onların salfetlə təmin edilməsi, işıqlandırma, havalandırma sistemlərinin normal duruma gətirilməsi, bufetdə pulsuz çay verilməsi, uzun fasilədən sonra aktyorlara və texniki işçilərə aylıq mükafatların verilməsi və sairdən ibarətdir. Əslində bu işləri teatrın təsərrüfat üzrə sorumlu olan icraçı direktoru görməlidir. Yaradıcılıq mühiti baxımından isə reformlar yox kimidir. Ölkənin ən peşəkar rejissorları ana teatrda tamaşa qoymağa dəvət edilmirlər. Ona görə də teatrın repertuarı tamamilə köhnə tamaşalardan ibarətdir. Gənc istedadlı aktyorların yardımçı heyətdən əsas heyətə transfer olunaraq ştat alması, aktyorların stajlarına görə dərəcələrinin artırılması kimi problemlər öz həllini illərcə gözləməkdədir. Bütün bunları biz hər dəfə yazıya alanda ürəyimiz ağrıyır. Məmləkətin ana teatrı bu gündədirsə, digər teatrlar görün necə bərbad durumdadırlar?

Monstr, yoxsa sənət və yaradıcılıq
Azərbaycan Teatrının “DEFOLT” əzabı
Teatr sahəsinə rəhbərlik edənlər mədəniyyətin digər sektorlarında olduğu kimi, monstr siyasəti yürütməkdən savayı heç bir iş görmürlər. Bu, əslində orta yüzil Avropasında olduğu kimi, “əyalət kralları” düzəninə bənzəyir. Ölkəmizin kapitalizm sisteminə keçidi ilə bağlı teatrların MTN və TXİ-nin əyləc rolunda çıxış etməsi, hər şeyi dövlət babanın boynuna yükləməsi sovet siyasətinin qalığı olaraq parazitcəsinə yaşam siyasətindən savayı bir şey deyildir. Çünki, bu sahənin rəhbərləri “mənim vəzifəm mənim qalamdır”, yəni monstr düşüncəsi ilə idarəetmə düzənində yer almışlar. Bu sənətin differensial və indvidual özəlliklərini çağdaş meyarla uzlaşdırmaq kimsənin ağlına gəlmir. Bu məmurlara xatırladırıq ki, Rusiyanın başkəndi Moskva şəhərinin meriyası təkcə teatr və mədəniyyət sektoruna ildə 50 milyard dollar vəsait ayırır. Beləliklə Moskvanın teatr və mədəniyyətin digər sahələrində gərəkən reformlara yol açılır. Cəmiyyətin demokratik düşüncəsinin inkişafında önəmli rol oynayır. Gözəlim Azərbaycanda bütün teatrların direktorları saxtakarcasına “direktor teatrı” adlı bir məvhumu uyduraraq MTN və TXİ ilə birlikdə özləri üçün “Şən Həyat Kolxozu” düzənini yaradıblar. Teatrda pulsuz çay içmək imkanına ayrılan enerjini yeni teatr anlayışına ayırmaq əvəzinə tamamilə fərqli bir düzən formalaşdırılır. Teatr zamanın nəfəsini, onun ritmini daşıyan sənət ocağıdır. Teatr ictimai düşüncə sisteminin dinamizmidir. Teatr bədii zövqlərin inkişaf məkanıdır. Bu anlayışlar teatrda, onun repertuarında yoxdursa, “Rejissor Teatrı” anlayışı da yox kimidir. Monstr düşüncə sistemi isə, teatrı çökdürən başlıca amillərdən biridir.

Reformlara gedilən yol

TXİ (Teatr Xadimləri İttifaqı) və onun 2003-cü ildən rəhbəri olan Azərpaşa Nemətov ötən müddət ərzində ölkə teatrlarının iştirakı ilə festivallar keçirməmiş, teatr və yaradıclıq üzrə konfranslar düzənləməmiş, aktyorların, rejissorların, dramaturqların, bu sahədə çalışan texniki işçilərin sosial problemlərinin çözümü yönündə gərəkən islahaları irəli sürməmişdir. Buna görə də onun başçılıq etdiyi TXİ bir qurum kimi ətalət yuvasına çevirlibdir. Reformları gündəmə gətirmək üçün hər hansı bir addımlar atılsaydı, bölgə teatrlarında çalışan aktyorların aylıq maaşları 110-150 manat arasında olmazdı. Uzun illər əmək vermiş aktyorlara 220-250 manat arasında məvacib siyasəti yürüdülməzdi. TXİ yarandığı gündən teatr xadimlərinin üzvlük haqqı sayəsində yaşayan tək sənət birliyidir. Ona görə də bütün sənət adamlarının haqqı çatır ki, bu quruma rəhbərlik edənlərdən birbaşa onların hüquqları müdafiə olunsun. MTN və digər müvafiq qurumlar qarşısında təşəbbüslərlə çıxış etsin. Milli teatr siyasətimizin yürüdülməsində dominant rol oynasın. Teatrlar ölkə mədəniyyətinin avanqardına çevrilsin. Ancaq, gerçəkliyi seyr etdikdə bəlli olur ki, Azərbaycan teatrı ötən yüzilin 60-cı illər düşüncə tərzindən uzağa getməyib. Beləliklə bəlli olur ki, biz dünya mədəniyyətində baş verən reformlardan 55 il geri qalırıq. Teatr sahəsində reformların həyata keçirilməsi üçün onun elmi-metodiki konsepsiyası belə yox kimidir. Ona görə də mədəniyyət sahəsində qeyri peşəkarlar “at oynadır”lar. XXI yüzil Azərbaycan mədəniyyətinin, özəlliklə teatrın inkişaf yolları haqqında bəlirsizlik sindromu ilə üz-üzə qalmışıq. Cəmiyyətə və mövcud sosial proseslərə totalitar düşüncə tərzi ilə yanaşmaq ötən yüzilin mirası olsa da, bizlər hələ də XXI yüzilin standartlarının mədəni, elmi, konseptual və sinergetik yanaşım düşüncəsini ortaya qoymuruq. Almaniya məhz mədəniyyətdəki reformların sayəsində dünyanın ən güclü dövlətlərindən birinə çevrilib. İnzibati metodologiya ancaq, totalitar rejim anlayışı deməkdir. Azərbaycanın öz Ana Yasasında da qeyd olunduğu kimi, ölkəmiz demokratik dövlətçilik konsepsiyası ilə inkişaf yolunu tutub. Yeni nəsil dramaturqların, rejissorların və aktyorların yetişməsi üçün münbit durumun yaradılmaması, teatrlarımızın maddi-sosial problemlərinin çözümü yönündə reformların olmaması ən ciddi fəsadlardan biridir. Bu yöndə başlıca sorumuluq MTN və TXİ-nin üzərinə düşür. Kardinal dəyişimlərin olmaması ucbatından 35-50 yaşlı sənətçiyə “gənc aktyor” deməyin özü bir naşılıqdır. Teatrlarımızda gənclərdən ibarət tamaşalara rast gəlinmir. Yeni nəsil sənətçilərimizin istedadlarını nümayiş etdirmək üçün nə MTN, nə də TXİ, eləcə də monstr təfəkkürlü direktorlar imkan yaratmırlar. Təkcə “Pantomima Teatrı” və “Bakı Uşaq Teatrı”ndan savayı. Buna görə də istənilən təşəbbüslər və reformlar da baş tutmur.

Kütləvi sənətin gəlişmə yolları
Azərbaycan Teatrının “DEFOLT” əzabı
Sovet rejimi dağılandan sonra, cəmiyyətdə ideoloji inzibati-amirlik siyasəti çöksə də, bunun qarşılığında yeni yanaşım düzəni bu gün yox kimidir. Hətta kommersiya amaclı sənət metodologiyasında belə, hər hansı peşəkarlıq yox kimidir. Bu gün vətəndaş və cəmiyyətin azad düşüncə sisteminin mənəvi, psixoloji anlayışlarına hesablanmış teatr repertuarı anlayışı da yoxa çıxıb. Bəs bu problemin çözümü üçün sorumlu olan MTN və TXİ hansı addımları atıblar? Bu suala hər iki qurum heç zaman cavab verə bilməyəcək. Çünki, teatr sənətinin yeni inkişaf və baxış yollarından heç bir bilgiləri yoxdur. İnformativ şəkildə nələrisə öz kəşfləri kimi ortaya qoysalar da, köklü şəkildə ölkə teatrlarının irəli getməsi üçün böyük bir boşluğu hər kəs görür. Bölgə teatrları faktiki olaraq, bəzən ayda bir-iki tamaşa oynamaq zorunda qalıblar. Həmin tamaşaların da keyfiyyəti həvəskarlıq anlayışından uzağa getmir. Bu fəlakətli durumu çözmək əvəzinə “insanların teatra olan marağı ölüb” və sair ibarələrlə bürokratcasına yayınmaq taktikasından yararlanırlar. Əfəndilər!.. Bütün bunlar uydurmadır. Əgər bölgə teatrında baş rəssamın aylıq maaşı 110 manatdırsa, ondan hansı sənət uğuru tələb etmək olar? MTN-dəki acı bürokratiyanı anlamaq çətin deyil. Ancaq, üzvllük haqqı ödəyən sənət adamlarının tək istinad yeri TXİ nə üçün və nədən susur? Bunu anlamaq zordur. Ona görə də, bölgə teatrlarında peşəkarlıq səviyyəsi olmayan yeni nəsil sənətçi zümrəsi formalaşır. Beləliklə artıq milli teatr sənətimizin gələcəyinin “DEFOLT” (İflas) təməli qoyulur. Pis-yaxşı ali təhsil alan gənc sənətçilərin heç biri bölgə teatrlarında çalışmaq istəmirlər. Əgər Dövlət Akademik Milli Dram Teatrında son on ildə hər hansı bir reformlar həyata keçirilmirsə, Bədii Şurası lal və susqun mövqe nümayiş etdirirsə, istedadlı aktyorların deyil, həm də bacarıqlı rejissorların və dramaturqların məkanına çevrilmirsə, ölkədə teatrın hansı inkişafından danışmaq olar? MTN nazir müavini Ədalət Vəliyev və TXİ-nin sədri Azərpaşa Nemətov bir dəfə də olsun bu məsələləri qabartmayıblarsa, deməli onlar öz yerlərində deyillər. Bunun adı Azərbaycan milli teatr siyasətinə qarşı rəzalətdir. Hər il Dövlət Mədəniyyət və İncəsənət Universitetini neçə-neçə rejissorlar bitirirlər. Son 15 ildə gənc rejissorların teatrlarda tamaşa qoymalarına rast gəlinməyib. Onlara azından teatrların nəzdindəki studiyalarda tamaşa qoymalarına, istedadlarını nümayiş etdirməyə imkan yaradılmayıb. Dövlət Akademik Milli Dram Teatrında ötən mövsüm cəmi iki yeni tamaşa qoyuldu. Bu əsərlərdən biri, yəni “Ölülər” inzibati metodla kassa tamaşasına çevrildi. Həyatımızın dinamizmi, bu günlə səsləşən mövzuların axarını təsbit edən dünya dramaturgiyasının örnəkləri isə teatrın repertuarında yox kimidir. Əhalisinin sayı bir milyon olan Saxa (Yakutiya), 80 minlik Xakasiya, 150 minlik Tuva respublikalarında bu gün rok operalar, müzikllər, mistik dramatik rəqs tamaşaları səhnəyə qoyulur. Hətta bu bölgələrin teatrları Yaponiya, Kanada, ABŞ, Almaniya, Fransa, uzaq Avstraliyaya qastrol səfərlərinə çıxırlar. Sonucda teatrın şöhrəti dünyaya yayılır, həm də büdcəsinə on milyonlarla dollar vəsait daxil olur. Milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə çox haqlı olaraq deyirdi ki: “Bir xalqın tərəqqisində dram əsərlərinin, teatr tamaşalarının rolu böyükdür. Ona inam bəsləmək “nəqli-behcət” və “nəqli-müsibət”, yəni “ciddi dram” və “əxlaq dramı” ilə birlikdə inkişaf etməlidir”. Biz də onu deyirik ki, bütün bunlar reformlardan keçməlidir.

Ənvər BÖRÜSOY, sənətşünas

Previous Post

Azərbaycan Teatrının “DEFOLT” əzabı

Next Post

Azər Xudiyev Ukraynanın baş prokuroru ilə görüşüb – foto

Bənzər yazılar

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

20 İyul 2026 - 20:44

İtaliyanın Rusiyadakı hərbi attaşesi heç bir səbəb göstərilmədən ölkədən çıxarılıb. Elchi.az  xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri...

Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

17 İyun 2026 - 23:15

Moskva vilayətinin Sergiyev-Posad şəhər dairəsindəki Vixrevo aerodromunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə...

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə məlumatlandırılıb

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə məlumatlandırılıb

11 Fevral 2026 - 21:39

Somali, Sudan və Burundinin müdafiə nazirlikləri Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən "World Defence Show 2026" beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın müdafiə...

BP: “ACE layihəsi üzrə işlər ümumilikdə 97 % tamamlanıb”

BP: “ACE layihəsi üzrə işlər ümumilikdə 97 % tamamlanıb”

12 Fevral 2024 - 14:35

Ötən ilin sonuna Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlarındakı “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə...

Next Post

Azər Xudiyev Ukraynanın baş prokuroru ilə görüşüb - foto

Azər Xudiyev Ukraynanın baş prokuroru ilə görüşüb - foto

Son xəbərlər

Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib

Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib

22 İyul 2026 - 23:25
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub

Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub

22 İyul 2026 - 23:22
Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir

Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir

22 İyul 2026 - 23:20
SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

22 İyul 2026 - 23:17
Paşinyanın referendum XOFU

Paşinyanın referendum XOFU

22 İyul 2026 - 21:58
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

22 İyul 2026 - 20:00
İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

22 İyul 2026 - 19:55
Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

22 İyul 2026 - 19:53
Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

22 İyul 2026 - 19:50
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

22 İyul 2026 - 19:43
Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

22 İyul 2026 - 19:26
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

22 İyul 2026 - 19:18
AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

22 İyul 2026 - 19:08
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

22 İyul 2026 - 19:00
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

22 İyul 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.