"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları köçürüb

07 Oktyabr 2025 - 11:57
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

Bunu da oxuyun

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Elchi.az xəbər verir ki, o, çıxış zamanı “Regional Sülh və Təhlükəsizlik” mövzusunda 12-ci Zirvə görüşünə hazırlıq məqsədilə keçirilən iclasda hər kəsi görməkdən məmnunluğunu ifadə edib.

Nazirin sözlərinə görə, ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan Müqaviləsi ilə təməli qoyulan Təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxil olmaqla, 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib, TDT dinamik və nüfuzlu bir regional mərkəzə çevrilib: “Beynəlxalq qurumlara inamın sarsıldığı bir dövrdə, Türk dövlətləri arasında qardaşlıq və qarşılıqlı etimad üzərində qurulan əməkdaşlıq əlaqələrinin dinamikası, hamımız üçün təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağımız üçün möhkəm bir əsasdır.

Bu gün burada Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində bir daha siyasi, iqtisadi, ticarət, investisiya, nəqliyyat, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf və yaşıl transformasiya kimi sahələrdə əməkdaşlıq perspektivlərini, Təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərimizin təşəbbüslərini müzakirə edəcəyik.

Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının ikiyə çatdırılması, əməkdaşlıq imkanlarımızının çevik, dərin və ətraflı müzakirəsi üçün əlverişli fürsət yaradır. Bu çərçivədə, əvvəlki illərdə çoxsaylı TDT Zirvə görüşlərinin yekun sənədləri ilə bərabər, 2024-cü ildə Bişkekdə keçirilən sonuncu rəsmi Zirvə görüşünün, eləcə də 2024 və 2025-ci illərdə müvafiq olaraq Şuşada və Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşlərinin yekununda qəbul edilən Bəyannamələr birgə təşəbbüslərimizin və layihələrimizin həyata keçirilməsi baxımından strateji yol xəritələridir”.

Ceyhun Bayramov qeyd edib ki, Zirvə görüşünün yekununda qəbul edilməsi nəzərdə tutulan Qəbələ Bəyannaməsi və digər sənədlərin Təşkilatımızın inkişaf dinamikasına müsbət təsir göstərəcəyini, ümumi işimizə əlavə dəyər qatacağını əminliklə söyləmək mümkündür: “Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir.

Formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında Təşkilatımız Türk birliyinin simvolu kimi daha mühüm rol oynamaq potensialına malikdir.

Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər və apardığı məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb.

Məlum olduğu kimi, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində tərəflər arasında birbaşa təmaslar və birgə səylərin intensivliyi daha da artıb.

Bu çərçivədə, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən Zirvə görüşü və görüş əsnasında imzalanan sənədlər tarixi əhəmiyyət daşıyır.

Bu tarixi fürsətin düzgün dəyərləndirilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfindən Azərbaycana qarşı konstitusiya səviyyəsində təsbit olunan ərazi iddialarının aradan qaldırılması zəruridir”.

Nazir vurğulayıb ki, regional sülh və sabitlik xalqların sosial-iqtisadi rifahı və tərəqqisinə xidmət etdiyi zaman sözün əsl mənasında tam regional inkişaf və inteqrasiyadan danışmaq mümkündür. Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün iqtisadi potensialımızı daha da gücləndirməli, Təşkilatımızın üzvləri arasında qarşılıqlı investisiyaları və ticarəti inkişaf etdirməliyik: “TDT üzv dövlətləri coğrafi baxımdan təbii nəqliyyat-logistika-tranzit xəttini təşkil edərək Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır və bu istiqamət üzrə nəhəng imkanlara malikdir. Bu xətt eyni zamanda Orta dəhlizin ayrılmaz parçasıdır.

Azərbaycan son onilliklər ərzində bu dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün ardıcıl səylər göstərir. Bu səylər indiyədək Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi konkret layihələrlə nümayiş etdirilib.

Bu çərçivədə, 8 avqust 2025-ci il tarixində Vaşinqton Zirvə görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb regionları və ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) bəyan edilməsi eyni zamanda regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır.

TDT üzv dövlətləri arasında enerji təhlükəsizliyi üzrə əməkdaşlıq həmçinin təqdirəlayiqdir və böyük perspektivlər vəd edir. Azərbaycan uzun illərdir ki, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi transregional layihələr vasitəsilə Avropada və daha geniş coğrafiyada enerji təhlükəsizliyinə töhfə verir.

Hesab edirik ki, ənənəvi enerji sahəsindəki uğurlu tərəfdaşlığımızı yeni əməkdaşlıq elementləri ilə zənginləşdirməyin zamanıdır. Bu baxımdan, yüksək texnologiyalar və yaşıl transformasiya dövründə “Rəqəmsal İpək Yolu” və “Yaşıl Enerji Dəhlizi” kimi layihələrin ölkələrimizə uzunmüddətli siyasi və iqtisadi dividentlər gətirməklə yanaşı, TDT çərçivəsində tərəfdaşlığımızı daha da möhkəmləndirəcəyi şübhəsizdir.

Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərində dost və qardaş TDT üzv dövlətlərinin iştirakını məmnuniyyətlə qeyd edərək, bunun Təşkilatımız çərçivəsindəki əməkdaşlığımıza əlavə dəyər qatdığını və tərəfdaşlığımız üçün yeni imkanlar yaratdığını da vurğulamaq istərdim”.

Nazir onu da bildirib ki, qeyd edilən çağırışlar və perspektivlər kontekstində, TDT olduqca vacib regional aktor kimi formalaşır: “Azərbaycan TDT-nin beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə Təşkilatımızın Katibliyinin funksionallığının gücləndirilməsi, onun kadr potensialının artırılmasına tərəfdardır və bu çərçivədə konkret təkliflərlə çıxış edib. Təşkilatımızın işinə töhfə vermək və eləcə də Katibliyin büdcəsinin artırılması məsələsində əlavə stimul yaratmaq məqsədilə Azərbaycan tərəfindən TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürülüb.

Azərbaycan əməkdaşlıq təşkilatlarına, o cümlədən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də TDT-nin Macarıstandakı nümayəndəliyinin institutlaşması və fəaliyyətlərinin gücləndirilməsi üçün dəstəyini davam etdirmək əzmindədir.

Əminəm ki, bugünkü iclas zamanı aparılacaq müzakirələr dost və qardaş xalqlarımızın, dövlətlərimizin və bütövlükdə regionun inkişafına təkan verəcəkdir”.

Previous Post

Müəllimlərin sertifikasiyasının müsahibə nəticələri məlum olub

Next Post

Sabahın hava proqnozu açıqlanıb

Bənzər yazılar

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:  

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45

5 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dimah AlYahyanın rəhbərlik etdiyi...

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev və Ukrayna Ombudsmanı Dmitro Lubinets Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin...

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49

Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti...

Next Post
Sabah 28 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

Hikmət Hacıyev: Türk dünyası qlobal güc mərkəzi kimi formalaşmaqdadır

Hikmət Hacıyev: Türk dünyası qlobal güc mərkəzi kimi formalaşmaqdadır

Comments 3

  1. Şahbaz Sadıqov says:
    12 ay ago

    Bu xəbər çox sevindirici oldu! Azərbaycanın Türk Dövlətləri Təşkilatına verdiyi dəstək çox vacibdir. Bu cür əməkdaşlıqlar bizim birliyimizi daha da gücləndirir. Ümid edək ki, bu təşəbbüslər gələcəkdə daha da artacaq.

    Reply
    • Vüsal Nəbiyev says:
      12 ay ago

      Çox gözəl xəbər! Əla, bizim Türk qardaşlarımızla əlaqələrimiz daha da güclənir. Məncə, bu yardımla Türk Dövlətləri Təşkilatı lap irəli gedər, hər şey daha da gözəl olar. Elə bil elə bil, bizə elə bil ki, pul demək deyil, elə qardaşlığın göstəricisidi. Yəqin indi hamımız bir yerdə daha da güclü olacağıq, inşallah.

      Reply
  2. İbrahim Heydərov says:
    12 ay ago

    Çox gözəl bir xəbərdir, Azərbaycanımız yenə ön cərgədədir! TDT bizim üçün böyük bir şeydir, bütün türk dövlətləri bir araya gəlir, bu çox sevindirici. Elə bil hamımız bir ailəyik, belə xəbərlər eşidəndə qəlbimiz sevinir. Inşallah bu əməkdaşlıq daha da güclənər!

    Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

05 Oktyabr 2026 - 21:39
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

05 Oktyabr 2026 - 21:35
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29
Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03
AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53
ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.