“Azərbaycan Sambo Federasiyasi” İctimai Birliyinin İcraiyyə Komitəsinin qərarı ilə Nəzərov Bəhruz Əliövsət oğlu Federasiyanın Mətbuat Xidmətinin rəhbəri seçilib. SİA-nın xəbərinə görə, Bəhruz Nəzərov 1997-ci ildən KİV sahəsində çalışır.
1997-ci ildə “Space” MTRŞ-də müxbir vəzifəsində fəaliyyətə başlayan Bəhruz Nəzərov bir sıra elektron və yazılı KİV-lərdə şöbə müdiri, baş redaktor, icraçı direktorun müavini vəzifələrində çalışıb. O, eyni zamanda 2011-2012-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri olub. Bəhruz Nəzərov Azərbaycan Respublikasının əməkdar jurnalistidir.