Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə “Wizzair”in prezidenti Robert Kerri ilə görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə diplomat “Twitter“də bildirib.
Görüşdə Bakının nəqliyyat mərkəzinə çevrilməsi üçün əməkdaşlıq imkanları, həmçinin Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə birgə tədbirlər müzakirə edilib.