"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsi beynəlxalq mediada geniş işıqlandırılıb

07 Yanvar 2026 - 17:24
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi beynəlxalq mediada geniş rezonans doğurub. Asiya, Amerika və Avropa mediası Azərbaycan Prezidentinin Çinlə münasibətlər, Qəzza məsələsi, beynəlxalq hüquq, enerji siyasəti və geosiyasi reallıqlarla bağlı fikirlərini geniş şəkildə işıqlandırıb.

Bunu da oxuyun

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Çin mediası: Azərbaycan–Çin münasibətlərində yeni mərhələ

Çin mediası yazır ki, Prezident İlham Əliyevin açıqlamaları Azərbaycan–Çin münasibətlərinin yeni və daha yüksək mərhələyə keçdiyini göstərir. Qeyd olunur ki, Bakı və Pekin arasında siyasi etimad möhkəmlənir, iqtisadi əməkdaşlıq genişlənir və tərəflər əlaqələri strateji tərəfdaşlıq çərçivəsində uzunmüddətli, dayanıqlı inkişaf modeli kimi dəyərləndirir. Çin nəşrləri vurğulayır ki, bu yanaşma həm ikitərəfli əlaqələrə güclü impuls verir, həm də regional sabitliyə töhfə kimi qiymətləndirilir.

“Azərbaycan Çinlə münasibətləri strateji tərəfdaşlıq səviyyəsində görür və bu münasibətlər regional sabitliyə də töhfə verir”, – “Sinxua” agentliyi Prezident İlham Əliyevin fikirlərinə istinadən yazır.

Çin mediası: Dövlət Neft Fondu və qızıl strategiyası

Çin mediası vurğulayır ki, Azərbaycan Dövlət Neft Fondunun qızıl aktivlərinə yönəlmiş uzaqgörən investisiya strategiyası qlobal bazarlarda qiymətlərin kəskin artımı fonunda özünü tam doğruldub. Nəşrlər yazır ki, ehtiyatların peşəkar idarə olunması nəticəsində 10 milyard dollardan artıq gəlir əldə olunub və bu addım ölkənin maliyyə dayanıqlığının möhkəmlənməsinə xidmət edir. Qeyd olunur ki, qeyri-sabit beynəlxalq iqtisadi şəraitdə Azərbaycanın seçdiyi bu model bir çox ölkələr üçün uğurlu və nümunəvi strategiya kimi qiymətləndirilir.

ABŞ mediası: Azərbaycan Qəzzaya sülhməramlı göndərməyəcək

ABŞ mediası yazır ki, Prezident İlham Əliyev Azərbaycanın Qəzzaya sülhməramlı qüvvə göndərməyəcəyini açıq və qəti şəkildə bəyan edib. Nəşrlər vurğulayır ki, rəsmi Bakı bu məsələdə ehtiyatlı və prinsipial mövqe tutur, yalnız real təhlükəsizlik zəmanətləri və hüquqi əsaslar olduğu halda belə təşəbbüsləri nəzərdən keçirə biləcəyini bildirir. ABŞ mətbuatının şərhlərinə görə, Azərbaycanın bu qərarı Qəzza ətrafında mövcud olan mürəkkəb və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə birbaşa bağlıdır və ölkənin müstəqil xarici siyasət kursunu əks etdirir.

KFGO Prezident İlham Əliyevin sözlərinə istinadən yazır ki, Azərbaycan Qəzzaya sülhməramlı qüvvə göndərmək niyyətində deyil. Bildirilir ki, rəsmi Bakı yalnız real və hüquqi əsaslar olduğu halda belə missiyaları nəzərdən keçirə bilər.

SRN News və “Jewish Rhody” vurğulayır ki, Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə ehtiyatlı və prinsipial mövqe tutduğunu açıq şəkildə bəyan edib.

“NewsBreak” isə yazır ki, Azərbaycanın bu qərarı regiondakı mürəkkəb təhlükəsizlik vəziyyəti ilə bağlıdır.

Pakistan, Sinqapur, Banqladeş və Qazaxıstan mediasında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin mövqeyi təhlükəsizlik riskləri, müstəqil xarici siyasət kursu və regional reallıqlara realist yanaşma kontekstində təqdim olunur. Xarici KİV-lər Bakının bu qərarını Azərbaycanın milli maraqlara əsaslanan, şərtli və prinsipial mövqeyinin göstəricisi kimi qiymətləndirir.

Pakistan mediası: Bakı Qəzza planlarına qoşulmur

“Pakistan Today” yazır ki, Prezident İlham Əliyev Qəzza ilə bağlı sülhməramlı missiyalarda iştirak etməyəcəklərini bildirib və bunun səbəbi kimi təhlükəsizlik risklərini göstərib.

Banqladeşin “BaşDhaka Mail” nəşri isə Prezident Əliyevin regionda davam edən münaqişələrə realist yanaşmasını önə çəkir.

Qazaxıstanın “Ulysmedia” və SMI24 Prezident İlham Əliyevin “Fələstin Azərbaycanı heç vaxt müdafiə etməyib” fikrini ön plana çıxarıb.

İran, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və İrlandiya mediasında Azərbaycan Prezidentinin beynəlxalq hüququn effektivliyinin azalması, qlobal siyasətdə ikili standartlar, enerji təhlükəsizliyi, ABŞ administrasiyalarına yönəlik tənqidlər və müasir geosiyasi reallıqlar barədə fikirlərini ön plana çıxarır. Məqalələrdə Bakının mövqeyi güc balanslarına əsaslanan realist yanaşma, artan enerji təsiri və dəyişən beynəlxalq sistem fonunda praqmatik siyasət kimi dəyərləndirilir.

İran mediası: Beynəlxalq hüquq artıq işləmir

“Tasnim” Prezident İlham Əliyevin “beynəlxalq hüquq faktiki olaraq mövcud deyil” fikrini manşetə çıxarıb.

“Fars News”, “Dolatebahar” və “Vista” da Azərbaycan Prezidentinin müsahibəsini işıqlandırıb.

Özbəkistanın “qalampir.uz” saytı Prezident Əliyevin Baydeni sərt şəkildə tənqid etdiyini və onun siyasətini uğursuz adlandırdığını yazır.

İrlandiya mediası: Güc və reallıq mesajı

İrlandiyanın “EU Reporter” nəşri yazır ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizi, türk dünyası və müasir müharibə reallıqları barədə danışaraq, “əgər güclü deyilsənsə, haqlı olmağın mənası yoxdur” mesajını verib.

Previous Post

Ötən il sosial sığorta haqları üzrə daxilolmalar 6,4 mlrd. manatı ötüb

Next Post

Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif edib

Bənzər yazılar

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

09 Oktyabr 2026 - 18:17

Azərbaycanın Latviyadakı yeni səfiri Nərminə Mustafayeva bu ölkənin xarici işlər naziri Baiba Braje ilə görüşüb. Elchi.az xəbər verir ki, bu...

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

09 Oktyabr 2026 - 17:10

Prezident İlham Əliyevin oktyabrın 8–9-da Türkmənistana işgüzar səfəri çərçivəsində iştirak etdiyi yüksəksəviyyəli görüşlər, çıxışlar və əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq...

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

09 Oktyabr 2026 - 16:38

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb.  

Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

09 Oktyabr 2026 - 16:12

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü olub. Elchi.az xəbər verir ki,...

Next Post
Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif edib

Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif edib

İspaniya Kubokunun püşkü atıldı

İspaniya Kubokunun püşkü atıldı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.