“Zaqatala” klubu baş məşqçi Rüstəm Məmmədovla yollarını ayırıb.
Elchi.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssislə müqavilənin müddəti başa çatmış və qarşılıqlı razılıq əsasında uzadılmamışdır.
Qeyd edək kİ, R. Məmmədov 9 il “Zaqatala”nın “sükanı arxası”nda əyləşib. Onun rəhbərliyi altında komanda Azərbaycan I Liqasının gümüş mükafatçısı, Azərbaycan I Liqasının bürünc mükafatçısı, Heydər Əliyev Kubokunun bürünc mükafatçısı olub.





















