Azərbaycan Gürcüstanın təbii qaza olan bütün tələbatını ödəyir

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

“Gürcüstanın təbii qaza olan bütün tələbatını Azərbaycan ödəyir”.

Elchi.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çikovani deyib.

O bildirib ki, Gürcüstan bu il Rusiyadan təbii qaz idxal etməyəcək: “Hazırda Gürcüstan təbii qazı Azərbaycandan iki istiqamət üzrə – “Şahdəniz” konsorsiumu və “SOCAR” şirkətindən əldə edir”.

G.Çikovanin qeyd edib ki, “Qazprom” şirkəti ilə imzalanmış müqavilə məxfidir və ictimaiyyətə açıqlana bilməz: “Müqavilələrdə qeyd olunub ki, əgər Gürcüstanın pik vaxtlarda və ya qəza zamanı əlavə təbii qaz həcminə ehtiyacı olarsa, o zaman həmin həcm Rusiya və ya digər ölkələrdən tədarük oluna bilər. Lakin hazırda buna ehtiyac yoxdur”.

Qeyd edək ki, Gürcüstanın 2018-ci il üçün təbii qaza olan ehtiyacı 2,689 mlrd. kub metr həcmində proqnoz olunub. Bu həcmin 99,65%-ni Azərbaycan təmin edəcək. Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kub metrini “SOCAR” şirkətindən, 813 mln. kub metrini isə “Şahdəniz” yatağından əldə edəcək. Yerdə qalan 0,35% isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.

Bənzər yazılar

Next Post

Son xəbərlər