Azərbaycan daha bir konvensiyaya Ermənistana münasibətdə qeyd-şərtlə qoşulur.
Elchi.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi daxil edilib.
Sənədi komitə sədri Əli Hüseynli təqdim edib. O bildirib ki, konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur və bu konvensiyaya da Azərbaycan Ermənistana münasibətdə məlum qeyd-şərtlə (konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər) qoşulur.
BMT-də Azərbaycanın məruzəsinin təqdimatı keçirilib
23-24 aprel 2024-cü il tarixlərində Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə və digər qəddar, qeyri-insani və...