Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 15,1 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Elchi.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 94,6 milyon ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1,5 min ton (9,3 %), dəyər baxımından 19,1 milyon ABŞ dolları (16,7 %) azdır.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 0,9 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.





















