Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanları yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. Müxtəlif məlumatlara görə, hazırda 8000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. 8000 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında “Aero L-29”, “Aero L-39” təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16, Pakistan istehsalı olan JF-17 döyüş təyyarələri, Mi-2, Mi-6, Mi-8, Mi-24, Mi-35M markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin (Aerostar, Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.
2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29M döyüş təyyarəsi, Pakistandan isə 26 ədəd JF-17 (Thunder), həmçinin Mi-24 helikopterləri təyarələri alacaq. Artıq Ukraynadan alınmış 5 ədəd MiQ-29, Pakistandan alınmış 4 ədəd JF-17 təyyarələri Azərbaycana gətirilib.
Bundan başqa, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin aviadəstəsi var ki, burada da əsasən dağlıq ərazilərdə əməliyyat zonalarına desant atmaq, qüvvələri təxliyyə etmək və digər məqsədlər üçün istifadə edilən YaK markalı təyyarələr, həmçinin müxtəlif helikopterlər cəmləşib.
Müqayisə üçün bildirək ki, hazırda Ermənistan HHQ-də 700 nəfər xidmət edir. Ermənistan HHQ-i 6 ədəd “Su-25”, 1 ədəd “MiQ-25” təyyarəsi, 12 zərbə helikopteri (7 ədəd “Mi-24, 3 ədəd “Mi-24K” və 2 ədəd “Mi-24R”), 25 yardımçı təyyarə, həmçinin Qarabağda saxlanılan 2 ədəd “Su-25” təyyarəsi və 4 ədəd “Mi-24” helikopterinə malikdirlər. Qeyd edək ki, Azərbaycanın Hərbi-Hava Qüvvələri Rusiya istehsalı olan «MiQ» və «SU» tipli təyyarələrlə təchiz olunub. Əgər Böyük Britaniya şirkətindən «Eurofighter Typhoon» qırıcılarının alınmasına dair sövdələşmə baş tutsa, Azərbaycanın Hərbi-Hava Qüvvələri keçmiş sovet regionunda Qərb istehsalı olan qırıcılara malik ilk hava qüvvələri olacaq və sözsüz ki, Ermənistan da daxil olmaqla bir çox ölkələr qarşısında əzici üstünlüyünü təmin edəcək.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...