Azərbaycanlıların Almaniyada "Avropa Demokratiyaya Dəstək Alyansı"

🗓 24.08.2014 14:31 ✍️ "Elçi" qəzeti
Avqustun 23-də Almaniyada azərbaycanlılardan ibarət yeni təşkilat təsis edilib. img1623976
"Avropa Demokratiyaya Dəstək Alyansı" adlandırılan yeni təşkilatın təsis yığıncağı Nürnberg şəhərində yerləşən türk cəmiyyətlərindən birinin klubunda baş tutub.
Yığıncaqda ADDA-nın nizamnaməsi qəbul edilib və qurumun İdarə Heyətinə 13 nəfər - Elvin Məcidli, İlqar Əliyev, Şirzad Babalar, Gündüz Məmmədrəhimov, Tural Sadıqlı, Fuad Hacıyev, Elşən Cəbiyev, Leyla Şirzadqızı, Ələsgər Vəliyev, Nahid İmanlı, Cavanşir Nərimanlı və s. şəxslər üzv seçiliblər. İdarə Heyətinin üzvlərinin seçkisindən sonra Tural Sadıqlı səs çoxluğu ilə İdarə Heyətinin sədri seçilib.
Təşkilatın mərkəzi Almaniya Federativ Respublikasının Nürnberg şəhərində yerləşəcək. Lakin Avropanın digər şəhərlərində də ADDA-nın nümayəndəlikləri açılacaq.
Bu barədə musavat.com-a təşkilatın sədri seçilmiş Tural Sadıqlı məlumat verib: “Təşkilatın mərkəzi Nürnberg şəhərindədir. Lakin bizimlə eyni fikirdə, eyni fəaliyyət istiqamətində olan çoxlu yoldaşlarımız var ki, Almaniyanın və ümumilikdə Avropanın müxtəlif şəhərlərində yaşayırlar. Onlarla söhbətlərimizdə bizə qoşulmaq istəklərini dilə gətirirlər. Bu baxımdan, yaxın zamanda bir neçə şəhərdə təşkilatımızın nümayəndəliklərinin təsis ediləcəyi gözlənilir. İlkin mərhələdə təşkilati işləri tamamlamağı nəzərdə tutmuşuq”.
ADDA-nın həmtəsisçisi və İdarə Heyətinin üzvü Nahid İmanlı təşkilatın nizamnaməsində əks olunan fəaliyyət istiqamətləri barədə bunları deyib: "Birliyin əsas məqsədi demokratik təşəbbüslərin inkişaf edirilməsi və insan haqlarının qorunması sahəsində beynəlxalq və lokal proseslərə kömək etməkdən ibarətdir.  ADDA məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: Dünyanın müxtəlif ölkələrində gedən prosesləri izləmək, təhlil etmək, demokratik islahatların keçirilməsinə dəstək olmaq və insan hüquq və azadlıqlarına aid beynəlxalq hüquqi aktların tələblərindən irəli gələn demokratik dəyərləri təbliğ etmək”.








Bənzər yazılar