İstanbul Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin azərbaycanlı tələbələrindən ibarət olan “DroneX” komandası “Texnofest-2023” festivalı çərçivəsində Türkiyədə təşkil edilən “Pilotsuz Uçuş Aparatları” (PUA) beynəlxalq müsabiqəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını verdikləri dronla ən yüksək nəticə göstəriblər.
Elchi.az xəbər verir ki, azərbaycanlı tələbələrin işi 100-dən çox komandanın rəqabət apardığı final mərhələsində qızıl medala və kuboka layiq görülüb.
Qeyd edək ki, komandanın mükafatı bu gün təqdim ediləcək.
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb
Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az AZƏRTAC-a istinadən xəbər verir...





















Son şərhlər