Rusiyanın Nijni Novqorod şəhərində təcrübədə olan polis əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı azərbaycanlı yanvarın 23-də saxlanılıb.
“Report” xəbər verir ki, hadisə 13 yanvar tarixində Engels küçəsində baş verib.
İstintaqın fərziyyəsinə görə, avtomobil dayanacağında münaqişə baş verib. Həmyerlimizin öz maşını ilə az qala polis əməkdaşlarını vuracaqmış və bu, qarşı tərəfin xoşuna gəlməyib. Tərəflər arasında yaranan mübahisə sonda bıçaqlanma ilə nəticələnib.
Qanlı münaqişədən sonra soydaşımız hadisə yerindən uzaqlaşıb. Hüquq-mühafizə orqanları bir neçə gün hadisədə müqəssir bilinən şəxsi axtarıb. Lakin ehtimal edilən qatil özü polisə gəlib. Onun etirafına görə, vicdanı gizlənməsinə icazə verməyib və o, polisə təslim olmaq qərarına gəlib.
Məhkəmə ilkin istintaq üçün şübhəli şəxs barədə həbs qəti imkan tədbiri seçib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar...
Avstraliyanın Uolter və Eliza Hall İnstitutunun alimləri qamma-delta T hüceyrələrinin şiş digər immun sistemlərindən yayınsa belə, kiçik hüceyrəli ağciyər xərçəngi...
Son şərhlər