"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycanın ən çox silah aldığı ölkə – generalın səfərinə sözardı

24 Sentyabr 2025 - 23:21
in SİYASƏT
FacebookVatsap

Putin bu əməkdaşlığa mane ola bilərmi?

Bunu da oxuyun

Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev sentyabrın 22-də Belarus Respublikasında işgüzar səfərdə olub. O, bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib. Tərəflər qarşılıqlı maraq doğuran mövzular barəsində də ətraflı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, növbəti il üçün Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərinin təxminən 5 milyard ABŞ dolları həcmində olacağı gözlənilir.

Bəs işğalçı Rusiyanın müttəfiqi olan Belarusla hərbi sahədə əməkdaşlığımız nə yerdədir və nə dərəcədə genişlənə bilər? Putin imkan verərmi? Hazırda Azərbaycanın əsas silah tədarükçüsü hansı ölkədir?

Emin Həsənli:

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”a dedi ki, Belarusla Azərbaycan arasında çox xoş münasibətlər var: “Lukaşenkonun ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, hər zaman Ermənistanı deyil, Azərbaycanı dəstəkləyib. Rəsmi Bakının apardığı uğurlu xarici siyasət nəticəsində bu blokun daxilindən, yəni KTMT-dən həm Qazaxıstan, həm də Belarus Azərbaycanı dəstəkləyib. Azərbaycan dünyanın bir çox ölkələri ilə ikitərəfli, çox sıx əməkdaşlığa malikdir. Bu ölkələrdən də biri Belarusdur. Bu dövlət hərbi sahə də daxil, bir çox sahələr üzrə ölkəmizlə əməkdaşlıq edir. Bu əməkdaşlıqlar daha da genişlənməkdədir. Azərbaycan tərəfi də bunda çox maraqlıdır. Bir faktı da unutmayaq ki, Belarusun ən ağır zamanlarında Azərbaycan dövləti hər zaman Minskin yanında olub. Hesab etmirəm ki, Rusiya Belarusa tam təsir edə bilər ki, Azərbaycanla əməkdaşlıq etmə. Ölkəmizin hər hansı bir dövlətdən asılacağı yoxdur. Azərbaycanın Türkiyə, Pakistan kimi qardaş ölkələri var. İsrail kimi müttəfiqimiz var. Dünyanın bir çox aparıcı ölkələri ilə əməkdaşlıq edirik. Amerika “907-ci düzəliş”i götürdü. Yaxın gələcəkdə Amerikadan silahlar ala bilərik. Çindən tutmuş bir çox güclü dövlətlərlə müttəfiqliyimiz dərindir. Dünyanın hansı ölkəsinin istəyindən asılı olmayaraq, Azərbaycan bu işləri özünün bildiyi səviyyədə həyata keçirəcək”.

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı hesab etmir ki, Putin Azərbaycan-Belarus münasibətlərinə mane olmağa çalışsın: “Öncə onu qeyd edim ki, Azərbaycan-Belarus münasibətləri hər zaman yüksək səviyyədə olub. Hər iki dövlət arasında qarşılıqlı əlaqələr və səmimi münasibətlər mövcuddur. Belarus ən çətin vəziyyətlərində Azərbaycandan yardım istəyib. Azərbaycan da dost ölkə kimi Belarusa dəstək olub. Hər iki dövlətin birgə əməkdaşlığa dair rəsmi sənədlərinin imzalanması da baş verib. Azərbaycan Belarusla xüsusən hərbi əməkdaşlığa dair bu günə kimi əməkdaşlıq edir. Bildiyim qədər, həm Vətən müharibəsi dövründə, həm də ondan qabaq Belarusun hərbi sənayesinə daxil olan silah-sursat tədarüklərini həyata keçirmişik. Hətta ən uzaq vuran raketləri bizə Belarus satıb. Belarus Prezidenti Lukaşenko hər zaman Qarabağın Azərbaycan torpağı olduğunu və Azərbaycanın haqlı tərəf olduğunu bəyan edib. Hətta Ermənistan rəhbərliyini açıq şəkildə tənqid də edib. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin işgüzar səfəri Azərbaycanın müdafiə sisteminin daha da güclənməsinə və daha geniş əməkdaşlığa xidmət edir. Biz tək Belarusla deyil, qardaş Türkiyə, İsrail, İtaliya, Pakistanla da hərbi əməkdaşlığa dair addımlar atırıq və bu çox doğru qərardır. Azərbaycan özünün müdafiəsi ilə bağlı hər il dövlət büdcəsindən milyardlarla manat vəsait ayırır. Rusiyanın Belarusla müttəfiqliyinə gəldikdə isə, bunun Azərbaycana heç bir təsiri ola bilməz. Biz unutmamalıyıq ki, bir neçə il bundan qabaq Rusiya Azərbaycanla rəsmi olaraq strateji əməkdaşlığa dair sənəd imzalayıb. Azərbaycan rəsmən Rusiya ilə müttəfiqdir və bu sənədi hər iki ölkənin prezidentləri imzalayıb. İkinci bir tərəfdən, Azərbaycan uzun müddətdir ki, dünyanın hərbi qüdrətinə görə ikinci dövləti olan Rusiya ilə hərbi əməkdaşlığa dair addımlar atır. Rusiya hərbi sənayesinin istehsal etdiyi böyük həcmli silah-sursat almışıq. İnanmıram ki, Putin Belarus-Azərbaycan münasibətlərindən narahat olsun. Rusiya Azərbaycanın haqlı tələbini qəbul etməlidir. Azərbaycan dünyanın ən müasir hərbi sənayesi olan ölkələrlə də əməkdaşlıq etməlidir və silah tədarükümüz əsasən Türkiyə, İsrail, Pakistan və digər ölkələr olmalıdır”.

Previous Post

Prezident Nyu-Yorkda “Franklin Templeton” şirkətinin rəhbəri ilə görüşüb

Next Post

Ceyhun Bayramov ABŞ dövlət katibinin ev sahibliyi etdiyi tədbirə qatılıb

Bənzər yazılar

Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

22 İyul 2026 - 19:53

Almaniya Kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasındakı sülh prosesini, eləcə də...

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

22 İyul 2026 - 18:37

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov...

Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

22 İyul 2026 - 16:30

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 22-də İndoneziya Respublikası Nümayəndələr Palatasının təşkilatçılığı ilə keçirilən "Mürəkkəb qlobal çağırışların həllində Cənub-Şərqi Asiya...

Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir

Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir

22 İyul 2026 - 11:47

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Milli Mətbuat Günü münasibətiylə paylaşım edib. Elchi.az...

Next Post
Ceyhun Bayramov ABŞ dövlət katibinin ev sahibliyi etdiyi tədbirə qatılıb

Ceyhun Bayramov ABŞ dövlət katibinin ev sahibliyi etdiyi tədbirə qatılıb

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

22 İyul 2026 - 20:00
İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

22 İyul 2026 - 19:55
Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

22 İyul 2026 - 19:53
Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

22 İyul 2026 - 19:50
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

22 İyul 2026 - 19:43
Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

22 İyul 2026 - 19:26
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

22 İyul 2026 - 19:18
AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

22 İyul 2026 - 19:08
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

22 İyul 2026 - 19:00
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

22 İyul 2026 - 18:53
Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

22 İyul 2026 - 18:42
Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

22 İyul 2026 - 18:37
COVİD-19-la bağlı tibb işçilərinin əməkhaqlarına edilən əlavənin verilməsi müddəti uzadıldı

COVİD-19-la bağlı tibb işçilərinin əməkhaqlarına edilən əlavənin verilməsi müddəti uzadıldı

22 İyul 2026 - 18:29
Almaniyada Rusiya texnologiyası ilə nüvə yanacağı istehsalına icazə verilib

Almaniyada Rusiya texnologiyası ilə nüvə yanacağı istehsalına icazə verilib

22 İyul 2026 - 18:20
DÇ-2026-dan sonra 99 futbolçunun dəyəri artdı: Yamal və Holann rekord qırdı

DÇ-2026-dan sonra 99 futbolçunun dəyəri artdı: Yamal və Holann rekord qırdı

22 İyul 2026 - 18:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.