Azərbaycanda polkovnik yol qəzasında həlak oldu- VİDEO


Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Elchi.az xəbər verir ki, Bakı-Qazax magistral avtomobil yolunun 435-ci km-də Tovuzrayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində “Mercedes”in sürücüsü, Dövlət Gömrük Komitəsinin əməkdaşı, polkovnik-leytenant Kərimov Rafiq Baratəli oğlu həlak olub.
Qəza zamanı xəsarət alan digər şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.