Azərbaycanda noyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

🗓 26.11.2014 14:10 ✍️ "Elçi" qəzeti
Azərbaycanda noyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin noyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. 42993effb5974ea44015d8c67ae679d6 DSMF-dan “APA-Economics”ə verilən məlumata görə, fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi noyabr ayının 24-ü tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.   Ümumilikdə bu ilin 10 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.   Ötən 10 ay ərzində fondun gəlirləri 2 402,1 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8% və ya 193,9 mln. manat çoxdur.   Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,6% artaraq 1 386,2 mln. manata çatıb. Bu daxilolmaların 65,2% və ya 904,4 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da  əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7% və ya 108,8 mln. manat çoxdur.   Bu ilin 10 ayı ərzində fondun xərcləri 2 377,2 mln. manat olub və bunun 98,1% pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.   2014-cü ilin 1 oktyabr tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 288 680 nəfər təşkil edib. Onların 60,9% yaşa görə, 28,2% əlilliyə görə, 10,9%-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edib.  

Bənzər yazılar