Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 11 %-ə yaxın artıb

2024-cü ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1 milyard 895 milyon manat proqnoza qarşı 1 milyard 839,2 milyon manat (55,8 milyon manat və yaxud 3 % az), 2023-cü illə müqayisədə isə 179,6 milyon manat və yaxud 10,8 % çox icra olunub.
Elchi.az bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, artıma səbəb ölkədə orta aylıq nominal əməkhaqqının 75 manat və yaxud 8,1 %, əməkhaqqı fondunun isə 2 milyard 252,1 milyon manat və yaxud 10,8 % artmasıdır.