Azərbaycanda məmur özünü asdı

🗓 14.07.2017 09:40 ✍️ "Elçi" qəzeti
Azərbaycanda məmur özünü asdı
Azərbaycanda bələdiyyə sədri intihar edib
Şəkidə bələdiyyə sədri özünü asıb. Elchi.az APA-ya istinadən xəbər verir ki, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.

Bənzər yazılar

google-analytics