Azərbaycanda ağır qəza: deputatın bacısı oğlu öldü

🗓 19.06.2018 14:13 ✍️ "Elçi" qəzeti
Azərbaycanda ağır qəza: deputatın bacısı oğlu öldü
Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var. Milli.Az-ın APA-ya istinadən məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. "Tofaş" markalı "10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. İqbal Məmmədov "Azpolitika.info"ya daxil olan məlumata görə, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.

Bənzər yazılar