"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda əsgərlərə yeməyə okean və dəniz balıqları verilir

29 Aprel 2020 - 12:10
in CƏMİYYƏT
FacebookVatsap

“Koronavirusla qlobal miqyasda mübarizə aparılır. Pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamları müstəsna əhəmiyyətlidir. Bu sərəncamların tələbləri müvafiq olaraq Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə orduda da icra olunmağa başladı. Müdafiə nazirinin göstərişi ilə ərzaq bazalarına giriş və çıxış məhdudlaşdırıldı. İndi bu məsələləri karantin rejiminin tələblərinə uyğun olaraq daha ciddi nəzarətdə saxlayırıq”. 

Bunu da oxuyun

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

Səfirlik Şəkidə dağda xəsarət alan Niderland vətəndaşına yardıma görə Azərbaycana təşəkkür edib

ƏƏSMN-nin xidmətləri ilə bağlı e-sorğu davam edir

Elchi.az “Report”a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin xidmət rəisi polkovnik Eldəniz Yəhyayev hərbi qulluqçuların qida rasionu, təminatı, o cümlədən ərzaqların saxlanması şəraiti ilə bağlı deyib.

O söyləyib ki, hərbi hissələrə daxil olan bütün hərbi avtomobillər, həmçinin təminedici şirkətlərin yük avtomobilləri dezinfeksiya edildikdən sonra anbarlara buraxılır: “Eləcə də anbarlara daxil olan hər bir şəxsin temperaturu ölçülür, onlara əlcək və maska verilir. Həmçinin hərbi qulluqçuların ictimaiyyət arasına tez-tez çıxmaması, yoluxma hallarının qarşısının alınması məqsədi ilə bir sıra digər zəruri addımlar atılır. Bununla əlaqədar ərzaq məhsullarının natura halında verilməsi prosesi genişləndirilib. Bakı qarnizonunda xidmət edən hərbi qulluqçulara ərzaq payı natura şəklində verilir ki, bu da onların istər özlərinin, istərsə də ailə üzvlərinin virusa yoluxma ehtimalını kifayət qədər azaldır”.

E.Yəhyayev bildirib ki, ərzaq məhsullarının paylanması prosesində gigiyenaya və təmizliyə xüsusi diqqət yetirilir: “Təminedici şirkətlərdən xüsusi vasitələr əldə edilərək qablaşdırma prosesi steril şəraitdə aparılır. Hazırda qida rasionunda əsas təminatda nəzərdə tutulan mal ətindən əlavə, toyuq əti, ət konservi, müxtəlif növ okean və dəniz balıqları var. Çoxçeşidliliyə diqqət yetirməklə yanaşı, ərzağın istifadə intensivliyinə də diqqət edirik ki, bu da tərəvəz məhsullarının verilməsi zamanı həyata keçirilir. Biz Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapan əvəzetmə normalarına uyğun olaraq bəzi az istifadə olunan tərəvəz məhsullarını müvafiq mütənasiblik gözlənilməklə daha çox işlədilən ərzaqlarla əvəzləmişik. Onu da bildirim ki, ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, anbarlarımızda uzun müddət ordumuzu ərzaqla təmin edəcək ehtiyatımız var”.

Xidmət rəisi hazırda əsgərlərin gündəlik qida rasionunda dəyişikliklərdən də danışıb: “Bildiyiniz kimi, immuniteti zəif olan insanlar koronavirus infeksiyasına daha tez yoluxurlar. Müdafiə nazirinin xüsusi göstərişinə əsasən, vitaminləşdirmə gücləndirilir, rasiona C vitamini ilə zəngin olan meyvə və tərəvəzlər daxil edilir. Təzə alma, sarımsaq, soğan, kələm və çuğundurdan istifadəyə xüsusi diqqət edirik. Nahar və şam yeməklərində təzə tərəvəzlərdən hazırlanmış salatlar da verilir. Sonda vətəndaşlarımıza müraciət edərək bütün şəxsi heyət adından demək istəyirəm ki, biz onlar üçün Vətənin keşiyində dayanmışıq. Onlar da bizim üçün sağlamlıqlarının keşiyində dayansınlar”.

Previous Post

Azərbaycanda əsgərlərə yeməyə okean və dəniz balıqları verilir

Next Post

Azərbaycan Ordusunda koronavirusa görə xüsusi qruplar yaradılıb

Bənzər yazılar

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

02 Sentyabr 2026 - 17:35

Əmək qanunvericiliyinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Elchi.az-a...

Səfirlik Şəkidə dağda xəsarət alan Niderland vətəndaşına yardıma görə Azərbaycana təşəkkür edib

Səfirlik Şəkidə dağda xəsarət alan Niderland vətəndaşına yardıma görə Azərbaycana təşəkkür edib

02 Sentyabr 2026 - 17:15

Avqustun 29-da Şəkinin dağlıq ərazisində xoşagəlməz hadisə ilə üzləşmiş Niderland vətəndaşının xilas edilməsi və təcili tibbi yardımla təmin olunması ilə...

ƏƏSMN-nin xidmətləri ilə bağlı e-sorğu davam edir

ƏƏSMN-nin xidmətləri ilə bağlı e-sorğu davam edir

02 Sentyabr 2026 - 16:40

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən elektron məmnunluq sorğusu davam edir. ƏƏSMN-dən Elchi.az-a...

Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri açıqlanıb

Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri açıqlanıb

02 Sentyabr 2026 - 16:18

2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalarda II mərhələ üzrə seçimlərin nəticələri şagirdlərin şəxsi kabinetlərinə...

Next Post
Azərbaycan Ordusunda koronavirusa görə xüsusi qruplar yaradılıb

Azərbaycan Ordusunda koronavirusa görə xüsusi qruplar yaradılıb

Azərbaycan Ordusunda koronavirusa görə xüsusi qruplar yaradılıb

Azərbaycan Ordusunda koronavirusa görə xüsusi qruplar yaradılıb

Son xəbərlər

ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

02 Sentyabr 2026 - 18:03
Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

02 Sentyabr 2026 - 17:55
Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

02 Sentyabr 2026 - 17:44
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

02 Sentyabr 2026 - 17:35
“Neftçi”də növbəti ayrılıq – Kenan Piriçlə müqaviləyə xitam verildi

“Neftçi”də növbəti ayrılıq – Kenan Piriçlə müqaviləyə xitam verildi

02 Sentyabr 2026 - 17:28
Səfirlik Şəkidə dağda xəsarət alan Niderland vətəndaşına yardıma görə Azərbaycana təşəkkür edib

Səfirlik Şəkidə dağda xəsarət alan Niderland vətəndaşına yardıma görə Azərbaycana təşəkkür edib

02 Sentyabr 2026 - 17:15
Azərbaycan və Türkmənistan arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Türkmənistan arasında konsulluq məsləhətləşmələri keçirilib

02 Sentyabr 2026 - 17:08
Kürdəmir və İmişlidə yeni avtovağzal xidməti təşkil ediləcək

Kürdəmir və İmişlidə yeni avtovağzal xidməti təşkil ediləcək

02 Sentyabr 2026 - 16:59
5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub

5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub

02 Sentyabr 2026 - 16:47
ƏƏSMN-nin xidmətləri ilə bağlı e-sorğu davam edir

ƏƏSMN-nin xidmətləri ilə bağlı e-sorğu davam edir

02 Sentyabr 2026 - 16:40
AK Kiyevin “Patriot” raketləri üçün milyardlarla avroluq sorğusunu dəyərləndirir

AK Kiyevin “Patriot” raketləri üçün milyardlarla avroluq sorğusunu dəyərləndirir

02 Sentyabr 2026 - 16:33
Estoniya parlamenti yeni prezidentini seçib

Estoniya parlamenti yeni prezidentini seçib

02 Sentyabr 2026 - 16:25
Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri açıqlanıb

Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri açıqlanıb

02 Sentyabr 2026 - 16:18
Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

02 Sentyabr 2026 - 16:10
Aİ xarici siyasət xidmətini yenidən qurur: Kallasın qurumunu nə gözləyir?

Aİ xarici siyasət xidmətini yenidən qurur: Kallasın qurumunu nə gözləyir?

02 Sentyabr 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.