"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Azərbaycan yüksək özünüidarəetmə hüququ verməyə hazırdır” – Məmmədyarov Qarabağın həlli yolunu açıqladı

18 Yanvar 2019 - 00:26
in aktual-banner, Banner, Cebhe-banner, GÜNDƏM, MANŞET, SEÇMƏ
FacebookVatsap

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalıdır”.

Bunu da oxuyun

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Bunu  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibəsində bildirib.

“Nizamlanmanın hüquqi bazasına müraciət edərkən xatırlatmaq lazımdır ki, onu, ilk növbədə, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, GUAM-ın, NATO-nun, Avropa Parlamentinin və s. qərarları, habelə ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər təşkil edir. Təəssüf ki, uzun illər davam edən danışıqlar heç bir nəticə verməyib. Lakin Ermənistanda baş verən son hadisələr, habelə Düşənbədə və Sankt-Peterburqda MDB sammitləri müstəvisində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla üç görüşüm danışıqlar prosesinin irəlilədilməsi nöqteyi-nəzərindən müəyyən nikbinlik üçün əsas verir”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Milanda nazirlər səviyyəsində keçirilən görüşü çərçivəsində qəbul edilmiş 2018-ci il 6 dekabr tarixli birgə bəyanatında münaqişənin sülh yolu ilə ədalətli və davamlı tənzimlənməsi üzrə danışıqları davam etdirməyə razılığın əldə olunması qeyd edilib: “Bu isə o deməkdir ki, danışıqların formatı dəyişməyib. Sənəddə həmçinin Düşənbədə iki dövlətin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaya riayət edilməsinə və hər iki ölkənin əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılmasına çağırış əksini tapıb. Bundan əlavə, birgə bəyanatda yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərlikləri səviyyəsində intensiv danışıqların aparılmasının zəruriliyi barədə fikir ifadə olunub”.

E Məmmədyarov deyib ki, münaqişənin nizamlanmasında irəliləyişin əldə olunması bütün regionda sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, ilk növbədə, Ermənistanın özündə iqtisadi inkişafa imkanlar açacaq: “Ölkəmiz digər etnik qrupların nümayəndələri olan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, özünün beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağın erməni mənşəli vətəndaşlarına münasibətdə də bunu etmək və onlara Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır”.

Nazir vurğulayıb ki, Azərbaycanı narahat edən problemlərə və beynəlxalq gündəliyin aktual məsələlərinə dair ölkəmizin mövqeyi BMT Baş Məclisinin 73-cü sessiyasi çərçivəsində keçirilən bir sıra tədbirlərin gedişində böyük anlayışla qarşılanıb və dəstəklənib: “Məsələn, BMT-nin Baş Məclisi Azərbaycanın təklif etdiyi “İtkin düşmüş şəxslər” adlı qətnaməni dekabrın 17-də qəbul edib. Sənəddə beynəlxalq birliyin diqqəti beynəlxalq humanitar hüququn müddəalarına hörmət və onlara riayət olunması, silahlı münaqişələr şəraitində insanların itkin düşməsi hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı üzrə bütün zəruri tədbirlərin görülməsi, o cümlədən beynəlxalq öhdəliklərə müvafiq olaraq onların taleyinin müəyyən edilməsi üçün əməkdaşlıq üzərində cəmləşdirilir. Aprelin 3-5-də Bakıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirlərinin konfransı keçirilib. Konfransın nəticələrinə əsasən qəbul edilmiş yekun sənədində və Bakı Bəyannaməsində Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyinə birgə dəstək ifadə olunub. Avropa Parlamenti dekabrın 12-də “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi xarici siyasətinin reallaşması haqqında” qətnamə qəbul edib. Qətnamə mövcud münaqişələrin ərazi bütövlüyü, suverenlik və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tənzimlənməsini təsdiq edib”.

Nazir beynəlxalq birliyin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə birmənalı dəstəyinin artdığını xüsusi vurğulayaraq deyib: “Bizim ardıcıl səylərimiz nəticəsində “beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi” formulundan diplomatiya leksikonunda geniş istifadə olunmağa başlanıb”.

 

Previous Post

“Azərbaycan yüksək özünüidarəetmə hüququ verməyə hazırdır” – Məmmədyarov Qarabağın həlli yolunu açıqladı

Next Post

Nikol Azərbaycan dilində danışdı: Talançı, görməmiş… – Video

Bənzər yazılar

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının rəsmi olaraq elan edilməzdən aylar əvvəl başlamış ola biləcəyini açıqladı. Mütəxəssislər...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

03 İyun 2026 - 12:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Elchi.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh...

Next Post
Paşinyanın bloku erkən parlament seçkilərində qalib gəlib

Nikol Azərbaycan dilində danışdı: Talançı, görməmiş... - Video

Paşinyanın bloku erkən parlament seçkilərində qalib gəlib

Nikol Azərbaycan dilində danışdı: Talançı, görməmiş... - Video

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.