Cüdo üzrə Azərbaycan millisinin dünya çempionatına yollanacaq heyəti dəqiqləşib. Apasport.az saytının
məlumatına görə, komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov Rusiyanın Çelyabinsk şəhərində baş tutacaq mundialda 9 idmançımıza şans verəcək.
O, kişilərin yarışında İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov və Elmar Qasımovı (hər ikisi 100 kq), qadınların mübarizəsində isə Kifayət Qasımovanı (57 kq) sınayacaq.
Qeyd edək ki, avqustun 25-31-də baş tutacaq dünya çempionatı üçün 120 ölkədən 751 cüdoçu (465 kişi, 286 qadın) sifariş olunub.
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. Elchi.az xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə...



















Son şərhlər