"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

23 May 2023 - 12:22
in SİYASƏT
FacebookVatsap

Mayın 22-də Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən növbəti dəfə səsləndirilmiş qərəzli fikirləri qətiyyətlə pisləyirik.

Bunu da oxuyun

Azərbaycan-ABŞ ikitərəfli münasibətləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib

Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb

Bu barədə XİN-dən Elchi.az–a bildirilib.

Azərbaycanın “Laçın” sərhəd buraxılış məntəqəsi təsis etməsinin guya yolu bağladığı, bölgədə humanitar problemlər meydana gətirdiyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaratdığı, bunun “etnik təmizləmə siyasətinin” tərkib hissəsi olduğu barədə əsassız iddiaları Ermənistan rəsmilərinin dəfələrlə təkrarlaması bu ölkənin reallıqları saxtalaşdırmaq cəhdidir. Keçid məntəqəsindən həm erməni sakinlərin, həm Beynəlxalq Qızıl Xaç Komitəsinin, həm də Rusiya sülhməramlı kontingentinin şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə keçdiyi bəllidir.

Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirməsi, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin çağırışlarına zidd olaraq işğala son qoymaması və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqdan imtina etməsi BMT TŞ üzvü Böyük Britaniyaya yaxşı məlumdur. Beləliklə, Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti öz rəvayətləri ilə çaşdırmaq səylərindən əl çəkməlidir.

Bununla yanaşı, Azərbaycan ərazisinə beynəlxalq missiya göndərilməsinin Ermənistan tərəfindən hələ də təşviq olunması, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə Azərbaycan hökumətinin dialoquna hər vəchlə mane olması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Ermənistan bölgədə sülh və əminamanlıq tərəfdarıdırsa, bu kimi müdaxilələrə son qoymalıdır.

Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiasına gəldikdə qeyd edək ki, Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb. Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur.

Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Previous Post

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

Next Post

Zelenski cəbhə xəttinə gedib – FOTO

Bənzər yazılar

Azərbaycan-ABŞ ikitərəfli münasibətləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan-ABŞ ikitərəfli münasibətləri ətrafında fikir mübadiləsi aparılıb

18 Noyabr 2026 - 20:25

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb və ikitərəfli münasibətlər...

Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib

Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib

18 Noyabr 2026 - 15:22

Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu göndərib. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli cənab...

Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb

Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb

18 Noyabr 2026 - 15:16

Prezident İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət,...

Siyasi komikslər – Asif Adil YAZIR…

Siyasi komikslər – Asif Adil YAZIR…

18 Noyabr 2026 - 15:02

Bəyənib-bəyənməyimizdən asılı olmayaraq dünyada müşahidə olunan qlobal tendensiyalar mütləq bu və ya digər dərəcədə Azərbaycanda da yaşanır və yaşanacaqdır. Bu...

Next Post
Zelenski cəbhə xəttinə gedib – FOTO

Zelenski cəbhə xəttinə gedib - FOTO

Zelenski cəbhə xəttinə gedib – FOTO

Zelenski cəbhə xəttinə gedib - FOTO

Son xəbərlər

Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib

Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib

19 Noyabr 2026 - 10:07
Tramp: İran “qazlar”a və “bioloji silahlar”a üz tutur

Tramp: İran “qazlar”a və “bioloji silahlar”a üz tutur

19 Noyabr 2026 - 09:58
Azərbaycan nefti 97 dollara ticarət olunur

Azərbaycan nefti 97 dollara ticarət olunur

19 Noyabr 2026 - 09:44
“Xankəndi” doğma stadionunda ilk rəsmi oyununa çıxır

“Xankəndi” doğma stadionunda ilk rəsmi oyununa çıxır

19 Noyabr 2026 - 09:36
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

19 Noyabr 2026 - 09:25
Əmtəə bazarlarında qızlın ucuzlaşması davam edir

Əmtəə bazarlarında qızlın ucuzlaşması davam edir

19 Noyabr 2026 - 09:13
Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib

Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib

18 Noyabr 2026 - 23:59
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb

Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb

18 Noyabr 2026 - 22:45
ABŞ dəniz yolu ilə neft daşınmasına məhdudiyyətlər tətbiq edərək İranın blokadasını sərtləşdirir

ABŞ dəniz yolu ilə neft daşınmasına məhdudiyyətlər tətbiq edərək İranın blokadasını sərtləşdirir

18 Noyabr 2026 - 22:43
Paşinyan yeni Konstitusiya üzrə referendumda vətəndaşların dəstəyini gözləyir

Paşinyan yeni Konstitusiya üzrə referendumda vətəndaşların dəstəyini gözləyir

18 Noyabr 2026 - 20:34
Azərbaycan-ABŞ ikitərəfli münasibətləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan-ABŞ ikitərəfli münasibətləri ətrafında fikir mübadiləsi aparılıb

18 Noyabr 2026 - 20:25
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 2 komandirinin öldürüldüyünü bildirib

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 2 komandirinin öldürüldüyünü bildirib

18 Noyabr 2026 - 20:23
“Mançester Yunayted” FIFA-ya şikayət etməyi planlaşdırır

“Mançester Yunayted” FIFA-ya şikayət etməyi planlaşdırır

18 Noyabr 2026 - 20:06
“Tasnim”: Pezeşkianla vitse-prezident arasında fikir ayrılığı yoxdur

“Tasnim”: Pezeşkianla vitse-prezident arasında fikir ayrılığı yoxdur

18 Noyabr 2026 - 20:01
İsrail Kallasla birbaşa əlaqəni KƏSDİ

İsrail Kallasla birbaşa əlaqəni KƏSDİ

18 Noyabr 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.