"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan vətəndaşlarını Avropaya kimlər, hansı fırıldaqla göndərir? -MTN izi…

11 Noyabr 2015 - 13:54
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

Artıq xeyli müddətdir ki, ölkə gündəmini Milli Təhlükəsizlik Nazirliyində (MTN) həyata keçirilən əməliyyat və bindan sonra açılan faktlar zəbt edib. Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun isdən çıxarılmasından sonra ortaya çıxan faktalar ölkədə bir çox sahələrdəki qanunsuzluqların başında məhz MTN-nin yüksək rütbəli əməkdaşlarının dayandığını təsdiqləməkdədir.
Ölkənin milli təhlükəsizliyinə cavabdeh olan generallar əslində ən ağır cinayətlərlə – quldurluq, soyğunçuluq, reketlik, dövlət və özəl əmlakının zorla ələ keçirilməsi, ölkədən böyük miqdarda valyutanın qanunsuz yollarla xaricə daşınması, hökumətin rəhbərliyində olan şəxslərin dinlənərək şantaj edilməsi və sair işlərlə məşğul olublar. Eyni zamanda MTN rəhbərliyinin ölkənin rəhbər şəxslərinin delefon danışıqlarını, milli təhlükəsiliyə dair informasiyaları xarici kəşfiyyata satdığına dair iddialar var.
Son iddiaların nə qədər doğru olduğunu söyləməkdə çətinlik çəksək də, “AzPolitika.info”ya daxil olan bəzi məlumatlar MTN-nin sabiq rəhbərliyinin Azərbaycan dövlətinin nüfuzunu, ümumiyətlə düşünmədiyini söyləməyə əsas verir.
Belə ki, saytımıza verilən bilgilərə görə, MTN-nin sabiq rəhbərliyində təmsil olunan bəzi yüksək rütbəli şəxslər Azərbaycan vətəndaşlarının xaricə, xüsusən Qərb ölkələrinə mühacirətini təşkil etməklə də məşğul olub. Daha doğrusu, bəzi turist şirkətləri vasitəsilə bu sahədə sözün həqiqi mənasında böyük biznes qurub. Bu şəbəkəkəyə bəzi Qərb ölkələrinin səfirliklərində işləyən şəxslərin də qatıldığı bildirilir.
Azərbaycan vətəndaşlarının xaricə mühacirətə göndərilməsi üçün viza da daxil olmaqla, 3000-5000 arası pul alınırmış. Bu pulu verənlərin xaricə göndərilməsi üçün isə müxtəlif variantlardan istifadə edilib. Razılaşan gənc subay oğlan və qızların bəzilərinə Avropada qala bilmək üçün saxta evlilik təşkil olunacağı, digərlərinə əmək mühaciri statusu almağa yardım ediləcəyi vədi verilib.
Bu haqda “AzPolitika.info”ya həmin şəbəkənin “qurbanına” çevrilməkdən son anda xilas olan vətəndaşlardan biri danışıb. Onun sözlərinə görə, tanışlarından biri ona İsveçrəyə gedərək, orda yaşamaq imkanı olduğunu bildirib. Bunun üçün 3000-dən bir qədər artıq vəsait tələb olunduğunu söyləyib. Deyib ki, 3000 burda işi düzəldənlərə veriləcək, bir də əlavə yol pulu.
Şəbəkənin Bakıdakı ofislərindən birində onları qəbul edən xanım əvvəlcə bir aylıq Polşaya viza təşkil etdiklərini söyləyib. Polşada isə onların adamları burdan göndərilən şəxslərə İsveçrəyə 3 aylıq viza düzəldirlər.
Həmin xanım verilən pulun müqabilində vizadan tutmuş, Qərb ölkələrinə getmək üçün tələb olunan banklardan biri tərəfindən verilən 10 minlərlə avro dəyərində sığorta olunmasına dair arayışa qədər, bütün sənədləri hazırladıqlarını bildirib.
65
İsveçrəyə çatdıdan sonra isə orda qalması üçün saxta evlilik təklif edilib. Bildirilib ki, Qərb ölkələrində, o cümlədən İsveçrədə pulla müqavilə əsasında müəyyən müddətə evlənən xanımlar var.
“Deyirdi ki, bizim adamlarımız bu xanımlarla sizi əlaqələndirəcək. Razılaşıb evlənəcəksiniz. Pulu bir dəfəyə vermək vacib deyil. İşləyərək az-az da ödəyə bilərsiniz. Orda ailə qurduqdan sonra həmin ölkənin vətəndaşlığını alacaqsınız. Bundan sonra istəsəniz ailənizi də oraya apara bilərsiniz”- deyə AzPolitika.info-ya məlumat verən şəxs bildirir.
Lakin sonradan vəziyyətin dəyişdiyi, bir qədər gözləməyin lazım gəldiyi bildirilib. Bunun səbəbi izah olunmasa da, heç şübhəsiz MTN-də rəhbərliyin dəyişməsi, həbslərin aparılması, araşdırmaların başlaması ilə bağlı olub.
Ancaq müştərini əldən buraxmaq istəməyən şəbəkə üzvlərindən biri özünü İsveçrə səfirinin sürücüsü kimi təqdim edərək, 2500 dolların müqabilində sənədləri düzəltməyi təklif edib. Ancaq verilən “yağlı vədlərdən” şübhələnən şəxs bundan imtina edib.
Qeyd edək ki, MTN şəbəkəsi tərəfindən verilən vədlər əslində müştərləri tora salmaq, pullarını əlindən almaq məqsədi daşıyıb. Hər halda vətəndaşlığı olmayan birinin hansısa Qərb ölkəsində yerli vətəndaşla ailə qurub, qısa müddətə vətəndaşlıq alması mümkün deyil. Əslində isə bu yollarla vizanı düzəldirlər, vətəndaşı istədiyi ölkəyə yolladıqdan sonra, orda başqa varianta əl atırlar. Belə ki, MTN-dəki şəbəkənin adamları göndərdikləri adamı onları qarşılayır və vəziyyətin dəyişdiyini bildirir. Sonra Azərbaycandan gedən adamın pasportu əlindən alınıb məhv edilir və o miqrasiya idarəsinə aparılır. Vətəndaş da qalırmış pis vəziyyətdə. Nə ölkəyə qayıda bilir, nə də orda iş tapa. Bəziləri illərlə qaçqın düşərgələrində yaşamaq məcburiyyətində qalır, bəziləri çətinliklə də olsa səfirlik vasitəsilə sənədlərini düzəldərək ölkəyə qayıdır. Əvəzində isə Azərbaycan dövlətinin imici böyük zərbə alır…
Qeyd edək ki, hər il Azərbaycandan yüzlərlə, hətta minlərlə gəncin bu yolla Qərb ölkələrinə göndərildiyi, böyük pullar qazanıldığı bildirilir. Bunun üçün xüsusi şirkətlər də yaradılıb.
katalon
 Bunlardan biri barədə “avropaninsesi.com” internet potrtalında məlumat verilib. Həmin saytın iddasına görə, Bakıda viza monopoliyasını «MTN»nin turistik şirkəti «Karlton» aparıb: “Bu şirkəti iki qardaş – İlqar və Vüqar Yusifovlar idarə edir. İlqar indi soyadını dəyişib, “Kərimov” olub. Bunun da səbəbi var. Səbəb odur ki, İlqar Yusifov (Kərimov) Korrupsiya İdarəsi tərəfindən (311-ci maddə ilə, rüşvət) vizaya görə pul alan yerdə həbs olunub.
Maddəsi 7 ildən 12 ilə qədər göstərilməsinə baxmayaraq, 3 il iş alır. 2 ilə bacarıb türmədən çıxır. Azadlığın qiyməti: 1 milyon 500 min dollar.
Tutulmağına səbəb «MTN-nin katyoluna” girməsi, müəyyən haqq-hesablarda düz məlumat verməməsi və 350 min dollara icazəsiz Bentli avtomobili alması idi”.
Sayt daha sonra yazır ki, “Karlton” şirkətinin müəyyən xidmətlərdə monopoliya yaratması təmin edilib. Belə ki, bu şirkətin istənilən ölkənin vizasını qısa müddətdə düzəldib, müştəriyə təqdim etmək imkanı olub. Bunun üçün hər bir səfirlikdə onlarla işləyən adamları olub. Bu adamların MTN-nin nümayəndələri olduğu bildirilir: “Çünki İlqar və Vüqar Yusifovların bacılarının əri MTN-də turizm sektoruna nəzarət edən şöbənin rəisidir. Adı Mustafadır. Onun əli ilə çox işlər görülür və aylıq MTN-ə çatan pulu Mustafa aparıb Eldar Mahmudova verirdi. Mustafanın rəsmi maaşı 1200 manat olsa da, sürdüyü “Dodj” avtomobilinin 100 minə yaxın qiyməti var”.
Yazıda həmçinin o da bildirilir ki, bu işlə məşğul olmaq istəyən digər şirkətlər MTN-nin əli ilə sıradan çıxarılıb: “ İlqar və Vüqar qardaşları görəndə ki, hansısa ayrı turist şirkət inkişaf edir… Viza işində monopoliya «Karlton»da olmalıdır. Vizanın biri 3000-5000 arası başa gəlir, aylıq gəlir milyonu keçir”.
Elə bu böyük pullar hesabına Yusifov qardaşlarının varlandığı bildirilir. Qeyd olunur ki, qanunsuz yolla qazanılan pular hesabına Kərimov qardaşları “Bentli”, “BMW X6”, “Dodj” sürüb, çoxlu ofislər açıblar. Müəyyən işlərinə Avropa ölkələrindən birinin baş nazirini də qatan bu bacarıqlı qardaşların xaricdə də bizneslərinin  olduğu iddia edilir: “Macarıstanda çoxlu mülkləri var. Şirkətin filiallarından birinin müdiri Kürdəxanı Təcridxanasının rəisi Azər Seyidovun oğludur”.
“Karlton” şirkəti ilə bağlı yazılanların nə qədərinin doğru olduğunu söyləməkdə çətinlik çəksək də, Bakıda MTN-nin sabiq rəhbərliyinə bağlı viza düzəldən şəbəkənin fəaliyyət göstərdiyi şübhə doğurmur.
Bu istiqamətdə araşdırmalarımızı davam etdirərək, “Karlton” şirkətinin də mövqeyini dərc etməyə çalışacağıq.
Previous Post

Azərbaycan vətəndaşlarını Avropaya kimlər, hansı fırıldaqla göndərir? -MTN izi…

Next Post

İlhamə Quliyevanın yalanının üstü açıldı…

Bənzər yazılar

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb. Elchi.az xəbər verir ki, sərgi 4-6 oktyabr 2028-ci ildə keçiriləcək. Qeyd edək ki, bu...

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 18:24

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Muxtar Respublikanın Baş naziri Cabbar Musayev...

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

05 Oktyabr 2026 - 21:39

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin (Antonio Tayani) müavini Edmondo Çirielli Azərbaycanın bu ölkədəki səfiri Elçin Hüseynli ilə görüşüb...

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

05 Oktyabr 2026 - 21:35

İranın ABŞ ilə problemi ondan ibarətdir ki, danışıqlar başlayan zaman Vaşinqton İslam Respublikasına hücum edir. Elchi.az ISNA-ya istinadən xəbər verir...

Next Post

İlhamə Quliyevanın yalanının üstü açıldı...

İlhamə Quliyevanın yalanının üstü açıldı...

Son xəbərlər

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

06 Oktyabr 2026 - 19:13
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04
NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

06 Oktyabr 2026 - 19:00
Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58
Azərbaycan millisi Yaponiyanı Qəbələdə penaltilərlə məğlub etdi

Azərbaycan millisi Yaponiyanı Qəbələdə penaltilərlə məğlub etdi

06 Oktyabr 2026 - 18:50
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41
Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 18:24
Konqoda 1900-dən çox uşaq Ebola səbəbindən yetim qalıb

Konqoda 1900-dən çox uşaq Ebola səbəbindən yetim qalıb

06 Oktyabr 2026 - 18:15
Moldova-Rumıniya elektrik xəttinə Donald Trampın adı verilir

Moldova-Rumıniya elektrik xəttinə Donald Trampın adı verilir

06 Oktyabr 2026 - 17:58
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

06 Oktyabr 2026 - 17:45
İsrail ordusu Fələstin Administrasiyasına qarşı tammiqyaslı hücuma hazırlaşır

İsrail ordusu Fələstin Administrasiyasına qarşı tammiqyaslı hücuma hazırlaşır

06 Oktyabr 2026 - 17:34
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06 Oktyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.