Azərbaycan və Türkmənistan arasında fiber-optik xətt çəkiləcək

56

Türkmənistan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi 2024-2025-ci illərdə başlaya bilər.
Elchi.az xəbər verir ki, bu barədə TASS-a “AzərTelekom”un Direktorlar Şurasının sədri Fuad Allahverdiyev məlumat verib.
“Hazırda inzibati-hüquqi proseslər gedir. Gələn ildən layihə və tender sənədlərinin hazırlanmasına başlamağı planlaşdırırıq. Layihə mürəkkəbdir. Tikintinin özü isə maksimum altı ay çəkəcək”, – o, bildirib.
Bu layihənin “TürkmenTelekom” və “AzərTelekom” şirkətləri tərəfindən birgə həyata keçirilməsi planlaşdırılır.
F.Allahverdiyev əlavə edib ki, bu, şirkətlərin ilk birgə layihəsidir .