"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Azərbaycan tarixinin şanlı səhifəsini yazan lider

17 Oktyabr 2023 - 09:57
in MÖVQE
FacebookVatsap

Azərbaycanın müstəqillik tarixinin başlanğıcı birmənalı şəkildə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət müstəqilliyin ilk illərində ağır siyasi və iqtisadi böhran şəraitində olan dövləti məhv olmaqdan qurtararaq tarixi xilaskarlıq missiyasını yerinə yetirdi. 1993-cü ildən sonra 10 illik hakimiyyəti dövründə Azərbaycan Respublikası tənəzzüldən təşəkkülə, böhrandan inkişafa doğru çətin və şərəfli bir yol keçdi. Bu yolun lideri kimi Ulu öndər müasir dünya siyasi tarixinə uğurlu dövlət quruculuğu ənənəsini yazdı. Xalqını və dövlətini  canından artıq sevən Ümummilli lider başladığı tarixi missiyanı, şərəfli yolu özündən sonra da davam etdirmək üçün xalqa istinad ünvanı göstərdi və müdrik xalqımız 2003-cü ilin 15 oktyabrında dahi rəhbərin siyasi kursuna sədaqət nümunəsi göstərərək cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, həmin gündən etibarən geridə qalan möhtəşəm 20 ilini Azərbaycan dövlətçilik tarixinin inkişaf və tərəqqi, xalqın şərəf və qürur dövrü adlandırmaq olar.
Prezident  kimi İlham Əliyev ilk gündən xalqa verdiyi “Mən hər bir Azərbaycanlının prezidenti olacam” vədini hər bir addımda doğrultmağı və ümumxalq sevgisini qazanmağı bacardı. Ötən müddət ərzində vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına daim önəm verildi, bu istiqanətdə reallaşdırılan layihələr öz əhatə dairəsinə və imkanlarına görə əhali tərəfindən rəğbətlə qarşılandı. Eyni zamanda, ölkə iqtisadiyyatının, regionların sosial-iqtisadi inkişafı dövlət başçısının hər zaman diqqət mərkəzində oldu. Qeyri-neft sektorunun tərəqqisindən tutmuş social-iqtisadi layihələrin həyata keçirilməsinə qədər müxtəlif istiqamətlərdə Prezidentin birbaşa rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər rəğbətlə qarşılandı.

Bunu da oxuyun

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Son 20 ildə bütün bu proseslərlə yanaşı, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanıldı. Bunun nəticəsi olaraq Azərbaycan beynəlxalq arenada yüksək mövqe qazanaraq qlobal layihələrin müəllifi kimi nüfuz qazandı. Dünyanın şəxsiyyətinə heyranlıqla baxdığı Prezident İlham Əliyev Azərbaycanı qlobal arenada söz sahibi etdi.

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günlərindən etibarən respublikamızda ordu quruculuğu diqqət mərkəzində saxlanıldı. Silahlı Qüvvələrimizin hüquqi bazası təkmilləşdirildi. Ordumuzun müasir silah-sursat və hərbi texnika ilə təminatı davamlı olaraq gücləndirildi, hərbi xərclər ildən-ilə artırıldı.
Azərbaycan Silahlı Qüvvələrinin NATO üzvü və tərəfdaş dövlətlərin, həmçinin, Müstəqil Dövlətlər Birliyi və bəzi Şərq dövlətlərinin silahlı qüvvələri ilə əməkdaşlığı getdikcə genişləndirildi. Bütün bunların nəticəsində ordumuzun inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət göstəriciləri əldə edildi, müdafiə sistemi təkmilləşdirildi, qoşunların döyüş qabiliyyəti yüksək səviyyəyə çatdırıldı. Həyata keçirilən bu tədbirlər isə Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfərini şərtləndirdi.

Prezident İlham Əliyev ölkəmizi nəinki iqtisadi baxımdan inkişaf etdirərək regionun lider dövləti statusuna sahibləndirdi, eyni zamanda, 200 illik  tariximizdə Azərbaycana qarşı davam etdirilən işğal sindromuna son qoydu, ölkəmizin ərazi bütövlüyünü gerçəkləşdirərək, ümumxalq qəhrəmanına çevrildi.

Dünənin və bu günün reallığı onu təsdiq edir ki, cənab İlham Əliyevin Prezident və Ali Baş Komandan kimi rəhbərliyi ilə əldə olunan möhtəşəm nəticələr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı səhifələrdir! Aprel döyüşləri, 44 günlük şərəfli Vətən müharibəsi və ən əsası isə ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə yekunlaşan Qarabağda lokal antiterror tədbirləri Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və xarizmatik keyfiyyətləri ilə Azərbaycanın parlaq qələbəsi ilə nəticələndi.
Ölkə başçısı tərəfindən Xankəndidə Azərbaycan bayrağının qaldırılması hər birimizi duyğulandırdı, bir daha lideri İlham Əliyev olan ölkəmizin vətəndaşı kimi xoşbəxt anlar yaşanıldı. Bu tarixi anlar, ömür-günümüzə pozulmaz iz salan bu bəxtəvərlik heç vaxt əyilməz bir xalq olaraq yaddaşımızdan silinməyəcək.

Tarix bir daha sübut etdi ki, 2003-cü ilin oktyabrında seçki məntəqələrinə tələsərək öz əziz övladına səs verən xalqımız yanılmayıb. Yanılanlar bu ölkəyə düşmən mövqe göstərənlər, qazanan isə sevgi ünvanımız Azərbaycan oldu!



Tahirə Əsgərova,
Binəqədi Rayon Qeydiyyat şöbəsinin rəisi

Previous Post

Azərbaycan tarixinin şanlı səhifəsini yazan lider

Next Post

İsrail HƏMAS-ın qərargahına hava hücumu təşkil etdiyini açıqladı

Bənzər yazılar

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

02 Oktyabr 2026 - 10:52

Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Next Post
İsrail HƏMAS-ın qərargahına hava hücumu təşkil etdiyini açıqladı

İsrail HƏMAS-ın qərargahına hava hücumu təşkil etdiyini açıqladı

İsrail HƏMAS-ın qərargahına hava hücumu təşkil etdiyini açıqladı

İsrail HƏMAS-ın qərargahına hava hücumu təşkil etdiyini açıqladı

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.