“Azərbaycan təzminat qarşılığında torpaq tələblərində haqlıdır”

77

“Paşinyanın Ermənistanın ərazisinin minimim 29,800km² olmasına vurğu etməsi onu göstərir ki, ondan bu ərazilərdən müəyyən hissə tələb edən var ki, bundan aşağı ola bilməz ehtimalına vurğu edir. Görünən odur ki, Paşinyanın arvadının açıqladığı informasiya doğrudur”.

Bu barədə Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib:

“Azərbaycan tərəfi Ermənistandan 1920-ci il xəritələri ilə delimitasiya və demorkasiya tələb edir və bunu da vurulmuş ziyan qarşılığında təzminat kimi tələb edir. Açıqlanan informasiyaları məntiqlə analiz etdikdə isə görünən odur ki, Paşinyan buna ciddi müqavimət göstərə bilmir, çünki Azərbaycanın mövqeyi burda haqlı və güclüdür. Ona görə də danışıqlara bu gündəliklə gedir və iştirak edir.
Görünən odur ki, İranın da bu informasiyadan xəbəri olduğu üçün sərhədlərin dəyişməsinin mümkün olmayacağı və bunun İranın “qırmızı xətti” olmasını dəfələrlə vurğulayır.
Əslində biz də yaxşı başa düşürük ki, nə qədər də Ermənistanın cəminin tarixi Azərbaycan torpaqları olduğunu bilsək də, həmin ərazilərə girmək dünya ictimaiyyətində işğal kimi qarşılanar, amma görürük ki, ictimaiyyətə açıqlanmasa da, Avropa İttifaqı belə bu istiqamətdə danışıqlar predmetində iştirak edir. Deməli, Azərbaycan öz təzminat qarşılığında torpaq tələblərində haqlıdır və cənab Prezidentin üstüörtülü mesajları da bunu təsdiq edir”.

Yeganə