Azərbaycan prezidenti Bakı Olimpiya Stadionunda tikinti işləri ilə tanış olub

🗓 24.07.2014 14:48 ✍️ "Elçi" qəzeti

Dövlət başçısı Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası, Həsən Əliyev img1608668küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun inşası ilə bağlı görülən işlərlə də maraqlanıb

Azərbaycan prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.
APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, 70 minə yaxın tamaşaçı tutumuna malik stadion müasir memarlıq üslubu ilə seçiləcək və bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq.
Beynəlxalq standartlar əsasında tikilən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Əsas və köməkçi stadionlardan və mexaniki binadan ibarət olacaq bu idman qurğusunda VIP, CIP, media, habelə əlil tamaşaçılar üçün bölmələr nəzərdə tutulub.
Sonra Azərbaycan prezidenti Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə maraqlanıb.
Dövlət başçısı həmçinin paytaxtın Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olub. Burada prezident İlham Əliyevə 18 kilometrlik Bilgəh-Novxanı-Şamaxı-M4 birləşməsi avtomobil yolunun yol qovşaqlarının və piyada keçidlərinin tikintisi barədə məlumat verilib.
 

Bənzər yazılar