Azərbaycan nefti bahalaşdı

🗓 17.04.2024 11:56 ✍️ "Elçi" qəzeti
Azərbaycan nefti bahalaşdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1 ABŞ dolları və ya 1,09% bahalaşaraq 93,06 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bənzər yazılar