"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Azərbaycan manatı çox böyük təzyiq altındadır”

27 Avqust 2015 - 16:33
in aktual-banner, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

<font color=red><b>“Azərbaycan manatı çox böyük təzyiq altındadır” </b></font>

Qüdrət Həsənquliyev: “Mərkəzi Bankın rəhbərliyinə daha çevik, daha təmiz imicə malik insanlar gətirilməlidir”

Bunu da oxuyun

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsinin davamını oxucularımıza təqdim edirik

– Belarus prezidenti Aleksandr Lukaşenko siyasi məhbusları azadlığa buraxdı. Siz də az qala mətbuatla hər təmasınızda, parlament çıxışlarınızda bu məsələni qabartmısınız. Deyəsən növbə bizə də çatacaq…

– Sözün doğrusu, mən həmişə söyləmişəm ki, bu insanların həbsdə saxlanılmasına ehtiyac yoxdur. Hətta mən demişdim ki, bu insanlarla bağlı istintaq getdiyi müddətdə də onlar barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilə və onlar ev dustaqlığına buraxıla bilər. Yəni bu insanlar azadlıqda qala – qala da mühakimə oluna bilərlər. Əgər məhkəmədə onlara elan olunmuş ittihamlar təsdiq olunarsa barələrində yenidən həbs cəzası təyin edilə bilər. Dünyanın bir çox ölkələrində də bir qayda olaraq bu yol seçilir. Mən bunu dəfələrlə söyləmişdim. Avropa Oyunları ərəfəsində də, ondan öncə də dəfələrlə bizim partiyanın bununla bağlı rəsmi bəyanatları olub, mənim özümün mətbuatda və parlamentdə çılxışlarım olub ki, bu insanlar azad olunsunlar. Demişəm ki, beynəlxalq miqyaslı hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus hesab olunan şəxslər prezident tərəfindən əfv olunsun. Fikrimi də belə əsaslandırırdım ki, beynəlxalq hüquq müdafiə təşkilatlarının bu insanların azad edilməsi çağırışlarında haqlı olub-olmamalarını bir kənara qoyaq, Anti – Azərbaycan cəbhəsində olan qlobal güclərin bundan sui – istifadə edərək Azərbaycana əsassız təzyiqlər göstərməsinə bəhanə verməyək. Heç kimə sirr deyil ki, bir sıra hüquq müdafiə təşkilatları onları maliyyələşdirən böyük dövlətlərin sifarişi ilə bu və ya digər ölkəyə daha çox diqqət ayırırlar, həmin ölkələri daim təzyiq altında saxlamaq tapşırığı alırlar. Bu da böyük dövlətlərin kiçik dövlətlərə təzyiq metodlarından biridir. Amma parlamentin iclasında hətta onu da söyləmişdim ki, biz bu acı reallığı qəbul etməliyik. Çünki Azərbaycan böyük dövlət deyil. Misal da çəkmişdim ki, biz Ermənistanın Rusiyanın əliylə torpaqlarımızı işğal etdiyini bilə – bilə məhz əsas işğalçının gəlib bu münaqişənin həllində vasitəçi olmasına razılaşmışıqsa siyasi məhbus hesab olunan şəxslərlə bağlı beynəlxalq aləmin haqsız tələb və çağırışlarına da ümummilli maraqlarımız naminə oxşar mövqe sərgiləməliyik. Yeri gəlmişkən, mən bir daha bəyan edirəm ki, biz Rusiya ilə vasitəçi kimi deyil, münaqişənin əsas tərəfi kimi açıq danışıqlar aparmalıyıq. Münaqişənin ədalətli həlli üçün güzəştə getmək tələb olunursa elə Rusiyaya güzəşt etməliyik. Yəni mən hər zaman deyirəm ki, biz Qarabağı azad etmək istəyiriksə Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparmalıyıq. Bilirsiniz, biz istəsək də istəməsək də bu reallıqlarla barışmalıyıq. Mən heç hökuməti də qınamıram ki, niyə işğalçının kimliyini bilə – bilə onun vasitəçilyini qəbul edirlər. Amma görünür, Avropa ilə bağlı hökumətin yanaşması fərqlidir. Görünür, hökumət hesab edir ki, Rusiya Azərbaycan üçün daha təhlükəlidir və ölkəyə daha böyük ziyan vura bilər, ona görə də bu cür ağır şərti qəbul edib. Amma Avropanın Azərbaycana vura biləcəyi zərbənin o dərəcədə də ciddi olmayacağını nəzərə alaraq onların çağırışlarına əhəmiyyət verilmir. Mənsə düşünürəm ki, Avropa ilə münasibətlərin tamamilə korlanması Rusiyanın Azərbaycana olan təzyiqlərini xeyli dərəcədə artıracaq, o şeyləri ki, Qarabağın geri qaytarılması qarşılığında Rusiyaya güzəştə gedə bilərik, Moskva yaranmış fürsətdən istifadə edərək çalışacaq ki, Qərbin təzyiqləri qarşısında bizə guya dəstək verdiyinə görə əldə eləsin. Buna da qətiyyən getmək olmaz. Çünki heç kim zəmanət verə bilməz ki, Rusiyanın özü burda Rusiyanın əlaltısı olan bir şəxsin prezident olmasını istəməkdən vaz keçəcək. Etiraf edilməlidir ki, İlham Əliyev xarizmatik liderdir, o hər zaman öz fəaliyyəti ilə göstərib ki, yalnız bərabərhüquqlu münasibətləri qəbul edir, diqtəyə qarşı daha aqressivdir. Bu xarakterdə olan adamlarla da Rusiya tutaq ki, hansısa regionunun bir canişini kimi davrana bilmir. Amma bilirsiniz, bu gün Moskvada o qədər adamlar oturub ki, onlar tutaq ki, Dağıstanın prezidenti statusunda Azərbaycanın prezidenti olmağa hazırdılar. Deməyim odur ki, Avropadan bu cür imtina, Qərblə münasibətlərin tamamilə pozulması iqtidarın özü üçün də təhlükəlidir və Azərbaycanın tamamilə Rusiyadan asılı vəziyyətə düşməsinə gətirib çıxara bilər. O halda da Rusiya istənilən vaxt Azərbaycanda hakimiyyət dəyişikliyinə getməyə cəhd edə bilər. Biz sonuncu prezident seçkilərində bunu görmədikmi? Niyə Putin sonradan Azərbaycana səfər elədi? Gördü ki, Milli Şura ideyası baş tutmadı, iki il öncədən Azərbaycan ziyalılarını ələ almaq üçün göndərilmiş Rüstəm İbrahimbəyov Rusiyadakı azərbaycanlı milyarderlərin prosesə qoşulması ilə belə, cəmiyyətdən lazımi dəstəyi ala bilmədi, ondan sonra Azərbaycana səfər edərək ikitərəfli münasibətləri yumşaltdı. Amma sabah görsə ki, daha bir ideyanı gerçəkləşdirmək mümkündür, ən azından şansını növbəti dəfə sınamaq üçün çəkinmədən buna gedəcək. Yəni Moskva tamam başqa tipli insanlarla işləməyə adət edib. Ona görə də onlar hər zaman çalışacaqlar ki, Azərbaycanda da bir Sərkisyan olsun. Özünüz gördünüz ki, Rusiya Sərkisyanı hansı səviyyədə aşağıladı. Onu Ermənistan ictimaiyyətinin gözündən salmaq üçün Avropa İttifaqı ilə assosativ saziş ətrafında danışıqlar aparmağa göndərdi, həlledici mərhələdə isə onu rüsvayçı şəklidə öz yaratdığı Avrasiya Birliyinə üzvlüyə qəbul elədi. Beləliklə də dünyaya Sərkisyanın onun bir əyalət başqanı olduğunu göstərdi. Bu baxımdan mən düşünürəm ki, indi də gec deyil. Azərbaycan hökuməti seçki ərəfəsi həmin şəxsləri əfv etsə daha yaxşı olar. Biz bilirik ki, ATƏT – in Bakı Ofisi bağlanıb və missiyanın fəaliyyəti demək olar ki, tamam məhdudlaşdırılıb. Ona görə də ATƏT – in 1 noyabr seçkilərinə verəcəyi rəy indidən bəllidir. Yəni onların Azərbaycana qarşı çox qəzəbli olduqları heç kimə sirr deyil. Avropa Birliyi də uzun müddətdir ki, Azərbaycanla bağlı qətnamələr qəbul edir, Qərb liderləri də Azərbaycan hökumətindən tələb edir ki, bu adamlar buraxılsın. Bir sözlə, Avropanın mövqeyi artıq indidən bəllidir. Məncə Azərbaycan hökuməti imkan verməməlidir ki, Qərb dairələri 5 – 10 nəfərə görə seçkinin legitimliyini şübhə altına alsınlar, ölkənin beynəlxalq imicini tam gücü ilə korlamağa çalışsınlar. Beynəlxalq imicin korlanması da etiraf etmək lazımdır ki, Qarabağ probleminin həllində də Azərbaycana böyük başağrısı ola bilər. Yəni ən azı bizim Qarabağ boyda dərdimiz olmasını nəzərə alaraq beynəlxalq imicimizin üzərində ciddi əsməliyik, onu qorumağa çalışmalıyıq. O adamların çoxu cəzalarının bir hissəsini də çəkib. Mən düşünürəm ki, dövlət başçısı humanizm nümayiş etdirib həmin şəxsləri əfv edə bilər və buna çox böyük ehtiyac var. Azərbaycanın milli maraqları da tələb edir ki, bu belə olsun. Əgər bu insanlar doğrudan da azadlığa çıxandan sonra ölkədəki sabitliyi pozaraq Azərbaycanı İraqın, Liviyanın, Suriyanın, Yəmənin gününə salacaq imkana sahib olsaydılar, o halda Azərbaycan hökumətinin bu məsələdə inadkarlıq sərgiləməsini anlayışla qarşılamaq olar. Amma bu adamların nə xalq arasında elə bir böyük ictimai dəstəyi yoxdur ki, ölkədəki sabitliyi pozmaq iqtidarında olsunlar, bundan da istifadə edən anti – Azərbaycan güclər ölkəni xaosa sürükləsin. Əksinə, heab edirəm ki, bunlar əfv olunsa Azərbaycanın milli maraqları baxımından uduş əldə etmək olar.

– Siz Mingəçevirdə baş verən olaylarla bağlı danışarkən iki dəfə məsələni prezidentin şəxsi nəzarətinə götürdüyünü dediniz. Bir neçə gün öncə jurnalistin öldürülməsini də İlham Əliyevin şəxsi nəzarətinə götürdüyü vurğulandı. Əgər prezident bu kimi olayları şəxsi nəzarətinə götürəcəksə o zaman o boyda hüquq – mühafizə orqanları nəyə lazım? Bu həm də o deməkdirmi ki, prezident bu orqanların öz xoşlarına həqiqəti üzə çıxaracağından əmin deyil?

– Yox, elə deməzdim. Mətbuatda da bu məsələylə bağlı mütəmadi yazılar yazılır, fikir bildirilir. Bilirsiniz, bu gün hətta dünyanın super dövləti olan Amerikada da elə cinayət hadisələri baş verir ki, məhz böyük ictimai rezonansa səbəb olur. Tutaq ki, Amerikada da minlərlə hadisələr olur, ağır cinayətlər törədilməsinə baxmayaraq prezident Barak Obama səviyyəsində reaksiya verilmir. Amma tutaq ki, polis bir qaradərili gənci öldürdüyünə görə ictimai reaksiya veriləndə prezident məsələni şəxsi nəzarətinə götürdü. Bir müddət öncə bir ağdərili kilsəyə girərək 8 nəfər qara dərilini qətlə yetirdi. Hətta Obama gedib onların dəfn mərasimində iştirak elədi, çıxış edərək olayı pislədi, bildirdi ki, cinayətkarın layiqli cəzasını almasına çalışacaq, gələcəkdə bu kimi cinayətlərin baş verməməsi üçün əlavə tədbirlər görəcək. Deməyim odur ki, bu kimi hadisələr təkcə Azərbaycanla bağlı deyil ki, ölkədə qanunun aliliyinin təmin olunmadığına görə prezidentin bu kimi hallarda məsələni şəxsi nəzarətinə götürdüyü iddia edilsin. İctimai rezonans doğuran istənilən hadisə ilə bağlı bütün dünyada bu cür yanaşmalar olur. Yəni dünyanın ən inkişaf etmiş ölkələrində belə, böyük diqqətə səbəb olmuş hadisələrə görə prezidentlər bu cür reaksiya verirlər, həmin olayla bağlı hüquq – mühafizə orqanlarından mütəmadi hesabat tələb edirlər.

-Parlamentin payız sessiyasında hansı məsələləri qaldırmağı planlaşdırırsınız?

-Sözün doğrusu, inanmıram ki, parlament seçkilərinə qədər sessiya keçirilsin. Yəqin ki, büdcənin də müzakirəsini yeni parlament keçirəcək. Amma dünyada belə praktika mövcuddur ki, seçkilərə start verildikdən sonra parlamentin sessiyalarında fasilə verilir ki, namizədlər seçkiqabağı təbliğatlarını apara bilsinlər. Deputatların çoxu, bəlkə də elə hamısı seçkilərdə namizəd olacaqlar və ona görə də hər halda mən belə başa düşürəm ki, sessiya keçirilməyəcək. Əslində seçki ərəfəsi parlamentin fasiləyə getməsi həm də ona görə doğrudur ki, bəzi namizədlər fürsətdən istifadə edib parlamentdə populist çıxışlarla seçicinin könlünü almağa çalışa bilərlər və bu da digər namizədlərin haqqının tapdanması kimi qəbul edilir. Əslində daha doğru olar ki, büdcəni yeni parlament qəbul eləsin. Amma bizdə həmişə köhnə parlament qəbul edib. Bu ənənəyə son qoyulmalıdır. Yəni seçicinin yeni etimad göstərdiyi insanlar gələrək xalqın əhval – ruhiyyəsinə uyğun olaraq növbəti ilin büdcəsini təsdiq etsinlər. Bu daha məntiqli olar. Amma oktyabrın 1 – də parlamentin payız sessiyasının rəsmən açılışı olmalıdır. Yəqin ki, açılış olacaq. Sözsüz ki, imkan olsa mənim qaldıracağım məsələ ölkədə müəyyən iqtisadi islahatların aparılması olacaq. Görürük ki, dünyada ciddi proseslər yaşanır və bir sıra ölkələrin milli valyutaları dəyərsizləşir, Azərbaycanın da manatı çox böyük təzyiq altındadır. Ona görə də Azərbaycan hökuməti bu istiqamətdə müəyyən qərarlar qəbul etməlidir. Əvvəla, əvvəllər də söylədiyim kimi, Mərkəzi Bankın rəhbərliyinə daha çevik, daha təmiz imicə malik insanlar gətirilməlidir və birinci növbədə kadr dəyişikliklərindən başlanılmalıdır. Bunun arxasında isə iqtisadiyyatın tam liberallaşması istiqamətində müəyyən addımlar atılmalıdır. Nəzərə almaq lazımdır ki, neftin qiyməti də hələ düşməkdə davam edəcək. Təbii ki, bu, təkcə iqtisadi məsələ deyil, həm də siyasi mahiyyət daşıyır, Rusiya faktoruna görə Amerika maksimum çalışacaq ki, neftin qiyməti ən krtik həddədək aşağı düşsün. Ona görə də yəqin ki, Azərbaycan hökuməti həm də gəlib parlamentdə hesabat verməlidir ki, bizi gözləyən maliyyə təlatümlərindən, böhranlardan ölkəni necə çıxarmağı düşünürlər.

Previous Post

“Azərbaycan manatı çox böyük təzyiq altındadır”

Next Post

Məmurların xeyir-duası ilə Bakıda yenə ağaclar kəsildi – FOTOLAR

Bənzər yazılar

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

Next Post

Məmurların xeyir-duası ilə Bakıda yenə ağaclar kəsildi - FOTOLAR

Məmurların xeyir-duası ilə Bakıda yenə ağaclar kəsildi - FOTOLAR

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.