"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Aynur İmranova gender bərabərliyindən yazdı

09 Oktyabr 2014 - 14:05
in XƏBƏR LENTİ
FacebookVatsap

1“Azərbaycanda gender bərabərliyinin təminatında medianın rolunun artırılması yolları”

Bunu da oxuyun

Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib

Bəzi bölgələrdə güclü külək əsəcək – Xəbərdarlıq

Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib

Müasir Azərbaycanımızda gender problemlərinin artması halları sürətlə çoxalır. Baxmayaraq ki, gender məsələsi çox maraqlı müzakirələrə səbəb ola bilir, eyni zamanda bu sahədə həmişə maraqlı materiallar və yeniliklər olur, amma Kütləvi İnformasiya Vasitələrində bu sahəyə maraq günbəgün azalmağa davam edir. İdarəetmə orqanlarında kişi və qadın iştirakının balanslaşdırılması, qadınların iqtisadi azadlığının  təminatı üçün bərabər imkanların yaradılması, şəxsi biznesin inkişafı, xidmət pilləkənində maneəsiz yüksəlmənin təmin edilməsi, ailədə hüquq və məsuliyyətlərin bərabər həyata keçirilməsi üçün şəraitin yaradılması, cinsi zəmində zorakılığın azaldılması və bu zəmində zorakılığın cəmiyyətdə tamamən yox edilməsi sitiqamətində Kütləvi İnformasiya Vasitələrinin və medianın rolu danılmazdır. Məhz bu səbəbdəndə biz bu gün gender bərabərliyinin təminatında KİV-in rolunun artırılması yollarını tapmağa çalışacağıq.
Problemin maraq doğrumamasının səbəbləri:
Çox təəsüf ki, gender problemləri jurnalistlərin yadına ya qadınlar bayramı ərəfəsində, ya da il sonunda qadın QHT-lərin hesabatları yayınlananda düşür. Gender problemlərinin işıqlandırılmasında isə jurnalistlrə bəzən sadəcə faktın kosntatasiyası ilə məşğul olurlar, səbəb axtarmırlar. Bu daha asan və vaxt baxımından qənaətlə başa gəlir. Halbuki KIV gender problemləri daxil olmaqla bir çox məsələlərdə ictimai rəyin formalaşmasında həlledici rol oynamaq potensialına malikdir.
Bəlkə də jurnalistlər problemin yetərincə ağırlığını və ciddiliyin qiymətləndirmirlər. Ya da mövzu üzərində işləmək üçün  yetərincə püxtələşmiyiblər və problemi qoymağı bacarmırlar. Səbəb hansıdır?
Gender mövzusu yetərincə genişspektrlidir. Bütün ölkələrdə gender problemi var, hər bir cəmiyyətin üzvləri kişilər və qadınlardır, jurnalistlər kişi və qadın imicini korrekt yaratmalı, maraqların harda toqquşduğunu, problemlərin və konfliktlərin nədən qaynaqlandığını doğru təsvir etməlidir. Günümüzün reallığında isə zamanla yarışan jurnalistlər xəbərin çatdırılması, daha çox informasiya verilməsi marağında olduqları üçün araşdırmalara, problemin təsvirini ətraflı verən yazılara zaman ayırmırlar. Bundan ziyadə jurnalsitlərin gender problemləri ilə bağlı qanunvericiliyi və konvensiyaları bilməməsi də böyük problemdir.  Hər xırda məsələdə qanunvericiliyi bilmədiyi üçün ekspertə müracitə etmək məcburiyyətində qalan KİV mənsubları buna zaman ayırmaq istəmirlər. Eyni zamanda jurnalsitlərin media orqaninda geniş araşdırmalara ayrılan qonorar, gündəlik hazırlanan xəbərə ayrılan məbləğdən elədə fərqlənmıdiyi üçün, media mənsubları keyfiyyətə yox, kəmiyyətə üstünlük vermək marağında olurlar.
Jurnalistlərin mövzuya marağı vacibdir
 Kütləvi İnformasiya Vasitələrində gender bərabərliyinin qaabardılması məsələsi çox vacibdir, Qadınların vəziyyətinə görə 4-cü Ümümdünya Konfransının (1995) Fəaliyyət Platformasında deyildiyi kimi, “dünyanın hər bir ölkəsində qadınların vəziyyətinə Kütləvi İnformasiya Vasitələrinin daha böyük töhfə vermək potensialı mövcuddur”. Həqiqətəndə KİV hansısa məsələni ciddiyə alaraq, onun işıqlandırılmasını tam məsuliyyəti ilə həyata keçirərsə, o problemin həlli şansları xeyli dərəcədə artmış olur. Yuxarıda qeyd etdiyim Platformada həm də o qeyd olunur ki, “müasir çap və elektron Kütləvi İnformasiya Vasitələri cəmiyyətdə aktiv həyat tərzi sürən qadınların balasnlaşdırılmış obrazını yaratmır və onların dəyişən dünyaya verdiyi sosila töhfəni doğru qiymətləndirmir.” Ki, əslində bu qiymətləndirmə də cəmiyyət üzvlərinə gözəl bir mesaj rolunu oynamaq imkanına malikdir.
Nə etməli?
Burda əsas iş gender problemləri ilə məşğul olan Qeyri Hökümət təşkilatlarının üzərinə düşür. Ümumiyətlə müəyyən problemlərin işıqlandırılmasına jurnalistlərin sistemli yanaşmasına analiz edərkən dünya təcrübəsində ən yaxşı formalardan biri jurnalistlərin şəbəkəsinin qurulması hesab olunur. QHT ətrafında müxtəlif KİV-lərdə çalışan jurnalistlərin şəbəkəsini yaradır və onlarla mütəmadi işləyir, o zaman gender qanunvericiliyi və bu sahədə konvensiyaları yetərincə bilən jurnalistlər qrupu yaranır. Şəbəkənin yaradılması işi iki istiqamətdə aparılmalıdır.
1) gənc jurnalistləri yetişdirmək (hüquqşünas, sosioloq və psixolqların iştirakı ilə gender problemlərinin araşdırılmasını öyrədəcək təlimlərin keçirilməsi)
2) bu sahədə artıq təcrübəsi olan jurnalistlıri şəbəkəsini yaratmaq (şəhər kənarı təlimlər, onların sosial şəbəkələrdə qrupunun yaradılamsı, gender mövzusunda yazılarının paylaşılması, müzakirəsi, hüquqşünas tövsiyəsi)
1. Amma ilk öncə məsələyə diqqəti jurnalistlər deyil, KİV vasitələrinin rəhbərləri səviyyəsində həll etmək lazımdır. Çünki Azərbaycanda mövzu seçiminə bir çox hallarda jurnalistlər deyil, onların redaktorları qərar verirlər.  QHT ilə işləyə biləcək KİV-ləri müəyyənləşdimək, onların baş redaktorları və redaktorlarının iştirakı ilə bir neçə günlük təqdimat keçirmək, ölkədə gender problemlərinin hansı səviyyədə olduğunu faktlarla prezentasiya etmək, onların vətəndaş məsuliyyətini və bu işə marağını yaradacaq detalları açıqlamaq zəruridir. Eyni zamanda Media başqanlarını günlük olaraq qəzetlərində qadin qrankasi və ya qadın səhifəsi açmağa təşfiq etmək;
2.    Gender media monitorinqi bütün dünyada  çox qəbul olunmuş sahə olsa da Azərbaycanda bu heç bir orqan tərəfindən həyata keçirilmir. Gender media monitorinqinin təşkil olunması üçün Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə jurnalsitlrəin mütəmadi ünsiyyətinin təşkil edilməsi.
3.   Uzun illər bu sahədə çalışan jurnalistləri bir araya gətirərək Dövlətin qanunvericilik bazasını, o cümlədən Azərbaycan Respublikasının gender bərabərliyi mövzusunda beynəlxalq anlaşmalara görə öhdəliklərini, həmçinin Qadına qarşı dikriminasiyanın bütün formalarının ləğvi haqqında Konvensiyanı (CEDAW-1979-cu il), Qadına qarşı dikriminasiyanın bütün formalarının ləğvi haqqında Konvensiyaya fakultətiv protokolunu (1999), Pekin deklarasiyasına və Pekin Fəaliyyət Platformasına əsasən (1995) qadınların hüquq və imkanlarının genişləndirilməsinə dair öhdəlikləri, və qadınlara aid ümumdünya konfranslarının qətnamələrini öyrətmək. Və onlarda bu qanunvericiliyin öyrədilməsində maraq yaratmaq; (layihələr. müsabiqələr, səfərlər vasitəsilə) Bu da indiyə qədər bu sahədə çalışan jurnalsitlərin daha da püxtələşməsinə səbəb olacaq, gender probleminə yanaşmasını dəyişəcək;
4.   Yeni jurnalsit qrupunun yetişdirilməsi. Yuxarıda qeyd elədiyim KİV rəhbərləri ilə görüşdə onlardan bu sahədə yetişdirmək üçün gənc jurnalistlərin ayrılmasını istəmək.
• Jurnalistlərə gender ayrımçılığı rakursunda yaranan problemləri təqdim etmək;
• Massmedia müzakirələrinə kişi və qadınların həyat təcrübələrindən örnək gətirməklə onları ümümi cəmiyyət problemlərindən ayırmaq;
• Müxtəlif ictimai tanınmış və ya müxtəlif millətlərdən, yaşlardan və təbəqələrdən olan kişi və qadınların müzakirələrini, dialoqlarını təşkil etmək;
• İnsanlara gender mövzusunda danışmaq şəraiti yaradaraq jurnalistlərə də onların canlı dialoqlarını izləmək imkanı yaratmaq;
5. Köhnə və təzə KİV təmsilçilərinin iki fərqli qrupunu yaratmaqla mövzuya marağın davamlılığın təmin etmək;
6.  Onlar arasında da aşağıdakı kimi fərqli gender problemləri ilə işləyən kiçik qruplar yaratmaq;
a) əmək bazarında assimetriya
b) qadın istismarı
v) ailəiçi qətillərdə gender məsələsi
d) ailə üzvləri tərəfindən təcavüz edilən qadınlar
s) məhbus qadınlar
7. Eyni zamanda jurnalistlərlə bu sahədə işləyən vəkillərin, sosioloq, gender mütəxəsislərinin, psixoloqların tanış edilməsi üçün şəbəkə görüşlərini təşkil etmək;
8. Sara Makarayın və Pamela Morinierin redaktorluğu ilə hazırlanan iki hissəli “Gender-etik jurnalistikaya və bu mövzuda mediakompaniyların siyasətinə dair tədris vəsaiti “ni tərcümə edərək jurnalistlərə təqdim etmək. Kitab Xristianların komunikasiyası ümumudünya təşkilatı və Beynəlxalq jurnalistlər Federasiyası tərəfindən hazırlanıb.
Nəticə
Jurnalistlər gender problemi sahəsində qanunvericiliyi yaxşı öyrəndikdən sonra, eyni zamanda bu sahədə tamamilə müxtəlif spektrli mütəxəsis və ekspertlərlə tanış olduqda mövzu onlar üçün daim maraqlı olacaq. Bu sahədə əvvəlki dövrlərdə olduğu kimi təkrarçılığa yol vermədən yeni mövzuların tapıla biləcəyinə əmin olacaqlar.  Eyni zamanda da təlimlərdə aşılanacaq vətəndaş məsuliyyəti onların bu sahəyə etinasızlığına son qoyacaq. Və nəhayət ki, dördüncü hakimiyyət gender problemləri sahəsində öz sözünü deyəcək.
 
Aynur İmranova
P.S. Yazı Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya tərəfindən icra edilən və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşən Counterpart İnternationalın rəhbərlik etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində keçirilən «CEDAW ƏMƏLDƏ» adlı layihəsi üçün hazırlanıb.
***
Aynur İmranova –  araşdırmaçı jurnalist
Prezident Yanında Dövlət İdarəetmə Akademiyasının bakalavr və magistr məzunudur. Avropa Siyasi Biliklər Məktəbini bitirib. Jurnalist fəaliyyətinə 1994-cü ildən Müxalifət qəzetində başlayıb. Ölkənin müxtəlif media qurumlarında çalışıb. Son illər biznes araşdırmaları ilə məşğuldur. Ölkədə bir çox korrupsiya və rüşvət, məmurların biznes şəbəkələri populyar araşdırmaların müəllifidir.  Eyni zamanda, Genderə həssas jurnalistika, Sosial Mediadan uğurlu istifadə, Araşdırmaçı jurnalistika mövzularında təlimçi kimi fəaliyyət göstərir.

 

Previous Post

Aynur İmranova gender bərabərliyindən yazdı

Next Post

Adminstrasiya rəsmisindən yeni tvit

Bənzər yazılar

Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib

Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib

22 Noyabr 2026 - 11:14

Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalıb. Elci.az -ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində...

Bəzi bölgələrdə güclü külək əsəcək – Xəbərdarlıq

Bəzi bölgələrdə güclü külək əsəcək – Xəbərdarlıq

22 Noyabr 2026 - 11:10

Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xidmətdən Elchi.az -a bildirilib...

Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib

Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib

22 Noyabr 2026 - 11:07

İranın Ali rəhbəri Müctəba Xamenei raketlərin uçuş məsafəsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına dair göstəriş verib və qərara əsasən hədəfi...

Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

21 Noyabr 2026 - 18:22

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımovu 55 illik yubileyi...

Next Post

Adminstrasiya rəsmisindən yeni tvit

Adminstrasiya rəsmisindən yeni tvit

Son xəbərlər

Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib

Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib

22 Noyabr 2026 - 11:14
Bəzi bölgələrdə güclü külək əsəcək – Xəbərdarlıq

Bəzi bölgələrdə güclü külək əsəcək – Xəbərdarlıq

22 Noyabr 2026 - 11:10
Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib

Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib

22 Noyabr 2026 - 11:07
Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

21 Noyabr 2026 - 18:22
ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib

ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib

21 Noyabr 2026 - 18:00
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı video paylaşılıb – VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı video paylaşılıb – VİDEO

21 Noyabr 2026 - 17:13
Danimarka Aİ-nin ruslara turist vizaları verməyi dayandırmasını təklif edib

Danimarka Aİ-nin ruslara turist vizaları verməyi dayandırmasını təklif edib

21 Noyabr 2026 - 16:55
Növbəti 3 gündə külək güclənəcək – XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

21 Noyabr 2026 - 16:24
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar – FOTO

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar – FOTO

21 Noyabr 2026 - 15:39
Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

21 Noyabr 2026 - 15:07
Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib – FOTO – VİDEO

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib – FOTO – VİDEO

21 Noyabr 2026 - 14:46
“Monako” Brunnerlə bağlı qərarını verdi

“Monako” Brunnerlə bağlı qərarını verdi

21 Noyabr 2026 - 13:58
Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

21 Noyabr 2026 - 13:40
Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

21 Noyabr 2026 - 13:28
Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

21 Noyabr 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.