Parisin qərbində, NATO-nun keçmiş qərargahında yerləşən Paris universitetinin geofizika bölməsinin mütəxəssisləri Ayın yaranması haqqında mövcud fərziyyələrin özünü doğrultmadığını iddia edirlər.
Elchi.az xəbər verir ki, Paris institutunun astronovtları Yer kürəsinin Marsla eyni ölçülərə malik Teyi planeti ilə toqquşması nəticəsində peykin mineral tərkibinin izah edilə bilmədiyi fikrini irəli sürüblər. Hadisənin kompüterləşdirilmiş modeli göstərdi ki, planetin ölçüləri göstəriləndən daha az olmalı idi.
Tədqiqatçılar Yer kürəsinin Teyi planeti ilə toqquşmasının iki milyard simulyasiyasını nəzərdən keçiriblər. Məlum olub ki, əgər kosmosda olan planetlərin bir çoxu Yer kürəsinin 15 faizdən çox hissəsini təşkil edirsə, o zaman mövcud vəziyyətdə Yer kürəsində daha çox nikel və kobalt mövcud olmalıdır.