"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ayaz Mütəllibov hökumətə çağırış etdi

18 Mart 2015 - 00:48
in SİYASƏT
FacebookVatsap

Ayaz Mütəllibov hökumətə çağırış etdiHökumət bu gün Milli Məclisin qarşısında 2014-cü ilin sosial-iqtisadi yekunlarına dair hesabat verdi.

Milli Məclisin sədri Oqtay Əsədov hesabatın müfəssəl və dəqiq hazırlandığını dedi. Bildirdi ki, sosial-iqtisadi, milli təhlükəsizlik, mülki müdafiə və s. sahələrdəki vəziyyət sənəddə tam əksini tapıb.

Bunu da oxuyun

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Hesabatı baş nazir Artur Rəsizadə təqdim etdi. Lakin baş nazir ən əsas suala cavab vermədi: ölkə iqtisadi böhrandan necə çıxacaq, neft asılılığından necə xilas olacaq?

Bir çox təhlilçilər neftin bu həftə yenidən 40 dollara enəcəyini proqnozlaşdırırlar. Sinqapurun “United Overseas Bank”ının ekspertləri bildirir ki, neftin qiymətinin düşməsi “investorların ABŞ-ın “qara qızıl” ehtiyatlarının rekord həddə çatmasından və bu ehtiyatların artmaqda davam etməsindən irəli gələn narahatlığı ilə bağlıdır”.

“Goldman Sachs” mütəxəssislərinin verdiyi məlumata görə, 2015-ci ilin IV rübündə ABŞ-da neft hasilatı sutkada 230 min barrel artacaq.

Faktiki olaraq dünya 1980-ci illərdən bu yana ən ucuz neft dönəmi ərəfəsindədir. Bu isə şübhəsiz ki, Azərbaycan da daxil olmaqla bütün neft istehsalçılarına ciddi zərbə olacaq.

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov virtualaz.org saytınamüsahibəsində də buna şübhə etmədiyini bildirib.

A.Mütəllibov hökuməti “neft iynəsi”ndən mümkün qədər tez xilas olmağa çağırır: “Bəli, 1990-cı illərin əvvəllərində bizim neftə stavka etməyimiz vacib addım idi. Bunu etməli idik. Çünki bunun ilk növbədə geosiyasi aspekti var idi. Dünya birliyində öz yerimizi tutmalı idik. Lakin ölkə daxilində paralel olaraq başqa proses də getməli, qeyri-neft sektoru inkişaf etdirilməli idi. Kiçik və orta sahibkarlıqla məşğul olan insanlara azadlıq verilməli idi. Məsələn, əksər Avropa ölkələrinin büdcəsinin 40 faizi məhz kiçik və orta sahibkarlığın inkişafı sayəsində əldə olunan daxilolmalar hesabına formalaşır.

Doğrudur, son illər Azərbaycanda bu istiqamətdə az iş görülməyib, amma qeyri-neft sektoru hələ də büdcənin vacib gəlir mənbələrindən birinə çevrilməyib. Neftdən asılılıq hələ də böyük olaraq qalır. Halbuki ölkədə, məsələn, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bütün imkanlar və perspektivlər var. Üstəlik bu sektor üçün tarixən formalaşmış hazır bazar da var – Rusiya bazarı. Yəni Azərbaycanın aqrar-sənaye sektorunun inkişafı və onun Rusiya bazarında özünə möhkəm yer tutması üçün bütün imkanlar var. Məncə, bu sahəni mümkün qədər tez və sürətlə inkişaf etdirmək lazımdır. Çünki İran və Türkiyə kimi digər qonşu ölkələr son vaxtlar bu bazarda hədsiz fəallıq göstərirlər”.

A.Mütəllibov Azərbaycan iqtisadiyyatında restrukturizasiya aparmağı da vacib sayır: “Sahibkarları, əsasən də fermerləri “vergi tətilləri”nə buraxmaq, kiçik və orta sahibkarlığın inkişafına təkan vermək lazımdır. Belə olan halda kiçik sənaye və kənd təsərrüfatı müəssisələrinin sahibləri həm özləri qazanacaqlar, həm də dövlətə vergi ödəyəcəklər. Azərbaycanda yüngül sənaye və elektronika sahələrini inkişaf etdirmək üçün də geniş imkanlar var.

Mən bütün bunlar barədə ona görə belə inamla danışıram ki, Azərbaycan iqtisadiyyatını yaxşı bilirəm. Bunları kimdənsə eşitməmişəm, özüm görmüşəm. Azərbaycan iqtisadiyyatının nəyə qadir olduğunu təcrübədən bilirəm. İqtisadiyyatın liberallaşdırılması və inhisarçılıqdan xilas edilməsi istiqamətində bir sıra zəruri islahatlar aparılsa, onda ölkəmiz bu böhrandan daha ağrısız çıxar.

Hələliksə vəziyyət belədir ki, inhisarlar kiçik təsərrüfatları yeyir. Bununla da kiçik və orta sahibkarlığın inkişafı prosesi ləngiyir. Bu da bazar iqtisadiyyatının fəlsəfəsinə ziddir. Bu gün neftə əvvəlki kimi tam arxayın olmaq, yalnız neftə bel bağlamaq olmaz. Ona görə də hökumət ləngimədən əməli işə keçməli, ölkə iqtisadiyyatını neft asılılığından xilas etməlidir”.

Previous Post

Ayaz Mütəllibov hökumətə çağırış etdi

Next Post

Beyləqanda məscidi sökmək istədilər, xalq ayağa qalxdı – (Video)

Bənzər yazılar

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

30 Sentyabr 2026 - 12:27

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün...

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

30 Sentyabr 2026 - 11:04

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb. Elchi.az-ın xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova sessiyanı açıq elan edib....

İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

30 Sentyabr 2026 - 09:53

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Elchi.az xəbər verir ki, bu fikir...

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiqlədi

Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanlayıb

30 Sentyabr 2026 - 09:41

Prezident İlham Əliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə...

Next Post

Beyləqanda məscidi sökmək istədilər, xalq ayağa qalxdı - (Video)

Beyləqanda məscidi sökmək istədilər, xalq ayağa qalxdı - (Video)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Prokuror olmaq istəyənlərin diqqətinə

Prokuror olmaq istəyənlərin diqqətinə

30 Sentyabr 2026 - 15:08
Aİ Gürcüstanın ATƏT sədrliyinə namizədliyinə qarşı çıxıb

Aİ Gürcüstanın ATƏT sədrliyinə namizədliyinə qarşı çıxıb

30 Sentyabr 2026 - 15:00
“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

30 Sentyabr 2026 - 14:51
Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdı

Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdı

30 Sentyabr 2026 - 14:42
Sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək

Sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək

30 Sentyabr 2026 - 14:30
Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

30 Sentyabr 2026 - 14:14
Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

30 Sentyabr 2026 - 14:07
Makronun reytinqi rekord səviyyədə aşağı düşüb

Makronun reytinqi rekord səviyyədə aşağı düşüb

30 Sentyabr 2026 - 14:00
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

30 Sentyabr 2026 - 13:52
11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı

11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı

30 Sentyabr 2026 - 13:43
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

30 Sentyabr 2026 - 13:30
NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib – VİDEO

NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib – VİDEO

30 Sentyabr 2026 - 13:14
Prezident “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

Prezident “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

30 Sentyabr 2026 - 13:07
“Rusiya BMT-nin mövcudluğunu qorumaq uğrunda mübarizə aparır” – Zaxarova

“Rusiya BMT-nin mövcudluğunu qorumaq uğrunda mübarizə aparır” – Zaxarova

30 Sentyabr 2026 - 13:00
Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

30 Sentyabr 2026 - 12:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.