"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ayaqqabı, geyim, kosmetika və parça fabrikləri açılır – 350-1500 MANAT MAAŞ

26 Sentyabr 2016 - 11:35
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

Ayaqqabı, geyim, kosmetika və parça fabrikləri açılır – 350-1500 MANAT MAAŞ

Mingəçevirdə fəaliyyətə başlayacaq Sənaye Parkında yeni müəssisələr işə düşəcək. Fins.az-ın məlumatına görə, bura ayaqqabı, corab, iplik, geyim və boya fabrikləri daxildir. Bu barədə prezident İlham Əliyevin iştirakı ilə parkın təməlqoyma mərasimində layihənin rəhbəri Mehriban Axundova bildirib. Onun sözlərinə görə, Mingəçevir Sənaye Parkının ərazisində ümumilikdə 9 fabrik – pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika fabrikləri inşa edilib istifadəyə veriləcək.

Pambıq İplik Fabriki – 460 iş yeri

Mingəçevir Sənaye Parkı nəzdində açılacaq Pambıq İplik Fabrikində ilkin mərhələdə illik 10 min ton, növbəti mərhələdə isə 20 min ton pambıq iplik istehsalı nəzərdə tutulur. Hazırda Azərbaycanda ildə 17 min ton pambıq iplik istehsal olunur. Sənaye Parkı nəzdində açılacaq yeni iplik fabriki Azərbaycanda pambıq iplik üzrə istehsalı 115 faiz artırmaqla yanaşı, idxaldan asılılığı tam aradan qaldıracaq və böyük ixrac imkanları yaradacaq. İstehsal olunan 10 min tona qədər iplik ixrac edilməklə ölkəmizə ildə 25 milyon ABŞ dollarından çox xarici valyuta gətirəcək. Bu fabrikdə 460 yeni iş yeri açılacaq. Fabrik Avropa və Yaponiya ölkələrinin qabaqcıl texnologiyaları əsasında tam avtomatlaşdırılmış müasir avadanlıqlarla təchiz olunacaq.

Akril və yun iplik fabrikləri – 800 iş yeri

Sənaye Parkı nəzdində pambıq ipliklə yanaşı, Azərbaycanda böyük tələbat olan akril iplik və yun iplik fabrikləri də inşa ediləcək. Akril İplik Fabrikinin ilkin mərhələdə istehsal gücü 3 min ton olacaq və bu fabrik fəaliyyətə başladıqdan sonra akril iplik üzrə idxaldan asılılıq tam aradan qaldırılacaq. Fabrikin Avropanın qabaqcıl texnologiyaları – Fransanın NSC Schlumberger, Almaniyanın Zinser, İtaliyanın Savio şirkətlərinin ən müasir avadanlığı ilə təchiz olunması nəzərdə tutulub.
Yun İplik Fabrikinin illik istehsal gücü 3 min ton nəzərdə tutulub. Yunun ilkin emalı Azərbaycanın Aran bölgəsində, emal olunmuş yundan iplik istehsalı isə Mingəçevir Sənaye Parkının Yun İpik Fabrikində həyata keçiriləcək. Akril və yun iplik fabriklərində 800-dən çox iş yerinin açılması nəzərdə tutulur.

Corab Məhsulları Fabriki – 650 iş yeri

Mingəçevir Sənaye Parkı nəzdində inşa ediləcək Corab Məhsulları Fabriki ilkin mərhələdə Azərbaycanın corab məhsulları üzrə tələbatın 50 faizini təmin edəcək, burada ildə 35 milyon cüt corab istehsal olunacaq. 533 toxuma dəzgahı quraşdırılacaq həmin fabrikdə Avropanın ən qabaqcıl texnologiyaları tətbiq olunmaqla, dünyada yeganə tikişsiz corab hörgü avadanlığının istehsalçısı İtaliyanın Lonatti və Technopea şirkətlərinin dəzgahları quraşdırılacaq. İlkin mərhələdə 500 corab hörgü dəzgahı gətiriləcək, növbəti mərhələdə isə dəzgahların sayı ikiqat artırılaraq minə çatdırılmaqla illik 70 milyon cüt corab istehsal olunacaq. Bu sahə üzrə idxaldan asılılıq tam aradan qaldırılacaq, Corab Məhsulları Fabrikində 650 yeni iş yeri açılacaq.

Ayaqqabı Fabriki – 300 iş yeri

Park nəzdində inşa ediləcək Ayaqqabı Fabriki illik 1,5 milyon cüt dəri ayaqqabı və xüsusi təyinatlı işçi ayaqqabıları istehsal edərək, idxaldan asılılığı qismən azaldacaq. Fabrikdə ayaqqabı istehsalında ən yeni texnologiyalar tətbiq olunmaqla, Avropanın qabaqcıl şirkətlərinin avadanlığı quraşdırılacaq. Fabrikə 300 işçinin işə qəbul edilməsi nəzərdə tutulub.

Tibbi Kosmetika Fabriki – 270 iş yeri

Mingəçevir Sənaye Parkı nəzdində inşa ediləcək Tibbi Kosmetika Fabrikində iplik fabrikinin pambıq mahlıcı və iplik tullantıları təkrar emal edilərək steril pambıq, tibbi sarğı bezləri və bandajları, qulaq təmizləmə çöpləri və makiyaj bezləri istehsal olunacaq. Fabrikdə illik 55 milyon ədəd hazır məhsul buraxılacaq. Burada 270 yeni iş yerinin açılması planlaşdırılır.

Toxuma Fabriki – 450 iş yeri

Azərbaycanda növbəti 5 il ərzində xam pambıq istehsalının 700 min tona çatdırılması nəzərə alınaraq Sənaye Parkı nəzdində fəaliyyət göstərəcək İplik Fabrikində istehsal olunan pambıq ipliyin hazır məhsula çevrilib dəyərinin artırılması məqsədilə müxtəlif təyinatlı və geniş çeşidli 100 faiz pambıq toxuma məhsulları istehsal ediləcək. Fabrikin illik istehsal gücü 15 milyon metr toxuma məhsulları təşkil edəcək. Toxuma Fabrikində Avropanın aparıcı şirkətlərinin çözgü və toxuma avadanlığı quraşdırılacaq. Fabrikdə 450 yeni iş yerinin açılması nəzərdə tutulub.

Parça Boyama Fabriki – 260 iş yeri

İstehsal olunan xam parçanın boyanması məqsədilə Sənaye Parkının nəzdində, həmçinin Parça Boyama Fabriki istifadəyə veriləcək. Fabrik tam fəaliyyətə başladıqdan sonra Azərbaycanda boyalı toxuma məhsulları üzrə ümumi istehsal həcmi 100 faiz artırmaqla yanaşı, idxaldan asılılıq tam aradan qalxacaq və böyük ixracat imkanları yaranacaq. İldə 10 milyon metrə qədər toxuma məhsulları MDB ölkələri və Türkiyə Respublikasına ixrac edilməklə ölkəyə ixracatdan və satışdan xarici valyuta cəlb olunacaq. Parça Boyama Fabrikində 260 yeni iş yerinin açılması gözlənilir.

Tikiş fabriki – 2 mindən çox iş yeri

Sənaye Parkı nəzdində ölkəmizdə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan olan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng Tikiş Fabriki yaradılacaq. Fabrikdə Almaniya və Yaponiya istehsalı olan müasir tikiş avadanlıqları quraşdırılacaq və ildə 2 milyon ədəddən çox geniş çeşidli və müxtəlif təyinatlı geyim və tekstil məhsulları istehsal olunacaq. Bununla da hazır tekstil məhsulları və geyim üzrə idxaldan asılılıq ən azı 30 faiz azalacaq. Tikiş Fabrikində 2 mindən çox yeni iş yeri açılacaq.

Maaşlar 450-1500 manat arasında olacaq

M.Axundovanın sözlərinə görə, Mingəçevir Sənaye Parkı Azərbaycan Respublikasının yüngül sənaye sahəsində idxaldan asılılığın aradan qaldırılmasında və ixrac potensialının artırılmasında, milli tekstil brendlərin yaradılmasında, ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında ciddi rol oynayacaq. Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 2 min yeni iş yeri yaradılacaq. Park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı ümumilikdə, 5,5 minə çatdırılacaq. Park üzrə orta əmək haqqı 450 manat – fəhlə heyəti üçün 350 manat, operator heyəti və ustalar üçün 450 manat, sahə rəhbərləri üçün 800 manat, istehsalat rəhbərləri üçün 1500 manat orta əmək haqları nəzərdə tutulur.

İşçilər sığortalanacaq

Professional və ixtisaslı kadrların hazırlanması məqsədilə park nəzdində müasir tədris-təlim mərkəzi açılacaq və xaricdən dəvət olunacaq təcrübəli mütəxəssislərin iştirakı ilə yeni müasir istehsal texnologiyaları və prosesləri üzrə yerli peşəkar gənc kadrların hazırlanması üçün bütün şərait yaradılacaq. Gənc kadrlarla yanaşı, vaxtilə Toxuculuq Kombinatında çalışan ixtisaslı kadrlar üçün də iş imkanları yaranacaq. Mingəçevir Sənaye Parkı işçilərini pulsuz keyfiyyətli nahar yeməyi, fərdi mühafizə vasitələri ilə təmin etməklə yanaşı, onların həyat və sağlamlığının müdafiəsi üçün yüksək səviyyədə sığorta xidmətləri də təşkil edəcək.
Previous Post

Ayaqqabı, geyim, kosmetika və parça fabrikləri açılır – 350-1500 MANAT MAAŞ

Next Post

`Azərbaycanda ciddi islahatlar gözlənilir` – Əli Həsənov

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

`Azərbaycanda ciddi islahatlar gözlənilir` - Əli Həsənov

`Azərbaycanda ciddi islahatlar gözlənilir` - Əli Həsənov

Son xəbərlər

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27
Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.