Daxili İşlər Nazirliyi (DİN) avqustun 19-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
İsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. Elchi.az xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan...





















Son şərhlər