"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

AXCP-nin saxta profil şakəri

24 İyun 2015 - 14:49
in XƏBƏR LENTİ
FacebookVatsap
Sənan Nəcəfov: “Bu, öz sözünü açıq deyə bilməyib, kimisə qaralamaq, ləkə vurmaq və ya pərəstiş etdiyi şəxsə dəstək olmaq üçün “ekran pələngləri”nin istifadə etdikləri texnikadır”

AXCP-çilərin sosial şəbəkələrdə saxta profillərdən istifadə etmələri mövzusu yenidən gündəmə gəlib. Belə ki, partiyadan qovulmuş sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu bu haqda maraqlı faktlar açıqlayıb və AXCP haqda müxtəlif iddialar irəli sürüb. Deyib ki, cəbhəçilər saxta profillər vasitəsilə partiya sədrinin “like”larını artırırlar: “Saxta profillər kifayət qədər çoxdur. Rəyasət heyətində elə şəxslər var ki, onlarla saxta profilləri var. Hazırda Əli Kərimlinin statuslarına gələn 4-5 min “like”dən saxtaları çıxsaq, 200-300 bəyənmə ancaq olar. Çünki 70-80% saxta profildir. Göstəriş Əlidən Məmməd İbrahimə gəlir. Profil sındırmaq da adi hal alıb. Onlarda xüsusi kodlar var. Onun vasitəsilə ya profili bağlayırlar, ya da oğurlayırlar. Bunlar artıq o işlərdə püxtələşiblər”.

Bunu da oxuyun

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Bu cür iddiaların nə dərəcədə mümkün ola biləcəyi, bu variantdan daha çox kimlərin istifadə etdiyi və digər istifadəçilərə nə cür təhlükələr yarana biləcəyi haqda qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfovla söhbətləşdik. Sosial şəbəkələrdə kifayət qədər aktiv olan baş redaktor bildirdi ki, ölkədə internetdən istifadə sərbəst olduğu üçün hər kəs belə şəbəkələrdə qeydiyyatdan keçə bilir: “Təəssüf ki, vətəndaşın öz fikrini, sözünü heç bir təsirə məruz qalmadan müstəqil ifadə etməsi imkanından qərəzli istifadə edənlər də mövcuddur. Facebook səhifələrində və bir sıra sosial şəbəkələrdə insanların istək və arzuları ətrafında müvafiq debatlar və dialoqlar olduğu kimi, etik normalara cavab verməyən, daha ciddi desək, təhqir, söyüş, təhdid, şəxsiyyətə toxunma hallarına yol verən naqislər də var. Belələri saxta profil açmaqla, insanların siyasi əqidə və mövqeyinə uyğun olmayan fikirlər yaymaqla tanınmış insanların, siyasilərin, eləcə də şou əhlinin ictimai nüfuzuna zərbə vururlar. Bu, azından həmin şəxsin hüquqlarının pozulmasıdır. Bu cür saxta profil texnikası gözdən salmaq, nüfuza xələl gətirmək üçündür. Digər saxta profil texnikası isə öz sözünü açıq deyə bilməyib, kimisə qaralamaq, ləkə vurmaq və ya pərəstiş etdiyi şəxsə dəstək olmaq üçün “ekran pələngləri”nin istifadə etdikləri texnikadır. Adətən qorxaq olan belələri abstrakt fotonu profil fotosu edib, ixtiyari seçmə ilə ad-soyad götürüb düşürlər Facebook-un canına. Yetənə yetir, yetməyənə daş atırlar”.

Müsahibimizin fikrincə, ən pisi siyasi partiya liderlərinin virtualla real dünyanı qarışdırmalarıdır: “Hazırda Əli Kərimlinin Facebook ordusu var və o, öz elektoratını sosial şəbəkə üzərindəki “like”larla ölçür. Acınacaqlı haldır. AXCP-nin Nərimanov şöbəsinin təşkilati məsələlər üzrə sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu mətbuata açıqlama verib ki, partiya rəhbərlərinin əksəriyyətinin qarşısında 5-6 kompüter olur və işlərini yalançı profillər üzərində qururlar, bir adamın üzərinə getmək lazım gələndə birbaşa Əli Kərimli tərəfindən tapşırıq verilir. Oxşar açıqlamanı Əli Kərimlinin müavini olmuş və partiyadan istefa vermiş Razi Nurullayev də demişdi. O bildirirdi ki, saxta profillər fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya gətirib və buna təəssüf edirəm. Bu, çox utancverici hərəkətdir. Saxtakarlıqlara qarşı mübarizəni əlində bayraq edən partiya bunu özünə necə uyğun görə bilər? Utanıram. Həm də yanıram. Yanıram o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki saxta profillərlə sizdən fərqli düşünənləri söyür və dışlayırsınız. Təbii ki, bütün bunlar AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs harada qaldı azad söz, fərqli fikir və digərlərinin düşüncəsinə hörmət?”

S.Nəcəfov onu da dedi ki, bu cür saxtakarlıqlar partiyanın nüfuzunun daha da düşməsinə səbəb olur: “Məsələni qəlizləşdirən bu sahəyə nəzarət edən hər hansı bir ciddi mexanizmin olmamasıdır. Söhbət inzibati cəzadan gedir. Amma fərdi olaraq istənilən bir şəxs adına açılan saxta profili bağlatdıra bilər. Özü Facebook idarə mərkəzinə müraciət edə, dostların şikayətlərindən yararlana bilər. Bildiyiniz kimi, saxtakarlıq, kiminsə saxta profillə təhqir olunması mahiyyətcə kiberqanunsuzluq, kibercinayətdir. Bunun qarşısının alınması isə qəlizdir. Sadə bir misal deyəcəyəm. Bu yaxınlarda Azərbaycanda tanınmış ictimai-siyasi şəxsləri təhqir edən bir səhifənin adminlərindən Facebook şikayət mərkəzinə müraciət etmişdik. Facebbok-un cavabı bu oldu ki, orada yazılanlarda təhqir görmürük. Əgər şikayətiniz varsa, filan-filan ölkədə yaşayan adminlərdən xahiş edin ki, bu foto və yazıları aradan qaldırsınlar. Araşdırma və şikayət bura qədər idi. Yəni ki, bildiyimiz və eşitdiyimiz ikili yanaşma. Facebook davamlı olaraq deyir ki, terror, yanlış informasiya, insana qarşı etnik, irqi ayrı-seçkiliyə, ekstremizmə, separatizmə qarşıdır və belə materialların yayılmasının qarşısını alır. Amma digər tərəfdən bəzi fakt və bilgiləri təhqir kimi qəbul etmir”.

Previous Post

AXCP-nin saxta profil şakəri

Next Post

Azərbaycan Ordusu üçün qeyri-adi layihə: Qarabağa qayıdış – VİDEO

Bənzər yazılar

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

21 Sentyabr 2026 - 22:59

Sabah Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

21 Sentyabr 2026 - 22:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında iştirakı zamanı "Türk Evi"ndə Vyetnam Prezidenti To...

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

21 Sentyabr 2026 - 21:52

Çinin xarici işlər naziri Van İ almaniyalı həmkarı Yohann Vadeful ilə Rusiya-Ukrayna münaqişəsini, eləcə də İrandakı vəziyyəti müzakirə edib. Elchi.az...

“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

21 Sentyabr 2026 - 21:51

İtaliyanın "Formula 1" komandası "Visa Cash App Racing Bulls" qarşıdan gələn Bakı Qran-prisi üçün ənənəvi Azərbaycan xalçası üslubunda tərtib edilmiş...

Next Post

Azərbaycan Ordusu üçün qeyri-adi layihə: Qarabağa qayıdış – VİDEO

Azərbaycan Ordusu üçün qeyri-adi layihə: Qarabağa qayıdış – VİDEO

Son xəbərlər

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

21 Sentyabr 2026 - 23:04
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

21 Sentyabr 2026 - 22:59
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

21 Sentyabr 2026 - 22:56
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

21 Sentyabr 2026 - 22:54
Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

21 Sentyabr 2026 - 21:52
“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

21 Sentyabr 2026 - 21:51
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

21 Sentyabr 2026 - 21:49
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

21 Sentyabr 2026 - 21:46
Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

21 Sentyabr 2026 - 21:44
Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

21 Sentyabr 2026 - 21:43
Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

21 Sentyabr 2026 - 20:11
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

21 Sentyabr 2026 - 20:09
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

21 Sentyabr 2026 - 20:07
Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

21 Sentyabr 2026 - 20:05
Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

21 Sentyabr 2026 - 19:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.