"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL

12 Mart 2021 - 12:38
in XƏBƏR LENTİ
FacebookVatsap
   Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır –    TƏHLİL

Ölkəyə avtomobil idxalı sahəsində vergi və gömrük rüsumlarında dəyişiklər ediləcək. Bu dəfə əks istiqamətdə, yəni yumşaltmalar olacaq. Məsələn, elektrik mühərrikli avtomobillərin idxalında bütün gömrük və vergi rüsumları aradan götürüləcək, həmçinin, hibrid avtomobilləri üzrə də bəzi azadolunmalar tətbiq ediləcək. Lakin istehsal tarixi yeni olan adi avtomobillər üzrə hansı yumşaldıcı addımların atılacağı dəqiq bəlli deyil. Ən mühüm olanı da budur.Bəli, gələcək hibrid və tam elektrik mühərrikli avtomobillərindir. Ancaq adi avtomobillərin tarixə çevriləcəyi gün də yaxın dövrdə baş tutacaq məsələ deyil. Elektromobillərin geniş idxalı əvvəla, maya dəyəri baha olduğundan, yəni onların qiymətlərinin yüksəkliyi ucbatından, digər tərəfdən isə, ölkə daxilində həmin avtomobillərdən geniş istifadə üçün müvafiq infrastrukturun hələ ki tam mövcud olmaması səbəbindən əlverişli sayılmır. Bazarda tələb ən çox adi avtomobillərədir.

Bunu da oxuyun

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

Düzdür, adi avtomobillər üzrə də idxalda yumşaltmalar gözlənilir. Ancaq bu, daha dərin və əhəmiyyətli xarakter daşısa, yaxşıdır. Çünki adi, yəni yanacaqla işləyən avtomobillərin idxalı iqtisadiyyat üçün çox əhəmiyyətli məsələdir, bəlkə də göstəricidir desəm, daha uyğun olar. 7-8 il öncə ölkəyə minik avtomobillərinin idxalı və satışı indikindən qat-qat geniş və yüksək idi. Bunun da 3 başlıca səbəbi var idi: Birincisi, ölkəyə neftin qiymətlərilə bağlı daha çox valyuta daxil olurdu, ikincisi, manat ABŞ dollarından baha idi, yəni 1 dollar 78 qəpiyə bərabər idi, üçüncüsü isə kommersiya bankları üzrə kreditləşdirmə asan idi. Və ən əsası, vergi və gömrük rüsumları indiki səviyyədə deyildi. Bu siyasət hansı məqsədə xidmət edirdi, ilk gündən bəri hələ də aydın deyil.

Bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirdi ki, əhali qiymətlər baha olduğundan, son illər daha çox işlənmiş avtomobillər aldığından, ölkədə mövcud avtomobil parkı köhnəlib və bu proses davam edir. Sual edirəm: bəs cəmi 5-6 il öncə ölkəyə gətirilən yeni avtomobillər üzrə vergi və aksiz dərəcələrinin artırılması siyasətinə start verilərkən bu, aydın deyildi ki, avtomobil parkı köhnələcək?! Və ölkəyə minik avtomobillərinin idxalına və satışına qoyulan yüksək vergi, o cümlədən, gömrük dərəcələrindən doğan mənfilik təkcə bundan ibarətdirmi? Başqa mənfilikləri niyə demirik?

Ölkədə bank sektorunu da az-çox işlək vəziyyətdə saxlayan məhz bu amil, yəni avtomobil idxalı idi. O cümlədən, bir çox sahibkarlıq strukturlarının, iri holdinq və özəl şirkətlərin də işləri yaxşı gedirdi. Xatırladım ki, istehlak kreditlərinin verilmə proseduru üzrə sərtləşdirmə tədbirləri ilk dəfə məhz avtomobil satışına tətbiq edildi. 2014-cü ildən tətbiq olunmağa başlanan həmin bu addımın əsas hədəfi bilavasitə minik avtomobillərinin satışını azaltmaq idi.

Bundan başqa, Nazirlər Kabineti də ölkədə dövriyyəyə buraxılan (idxal olunan və daxildə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə tələbatın 2014-cü ilin aprelin 1-dən “Avro-4” ekoloji normaya keçirilməsi haqda qərar qəbul etmişdi. Halbuki, “Avro” standartı heç bir ölkədə avtomobil idxalını məhdudlaşdırmaq məqsədi daşımayıb və daşımır. Ancaq bizdə əsas hədəf bu idi.

Nə baş verdi? Minik avtomobillərinin gətirilməsi və satışı tempi enməyə başladı, avtomotik olaraq, kommersiya banklarının fəaliyyətləri zəiflədi, onların onsuz da sağlam olmayan maliyyə vəziyyətləri pisləşməyə doğru istiqamət götürdü, dövriyyədə nəğd pul kütləsinin artım sürəti azalmağa doğru istiqamət aldı, iqtisadi aktivlik düşdü. Bir çox iri holdinq, böyük şirkətlərin fəaliyyətləri, işləri məhdudlaşaraq, dar çərçivəyə endi. Və bütövlükdə, ölkədə ticarət dövriyyəsi daraldı.

Bilavasitə kommersiya bankları ilə bağlı qeyd edim ki, onların problemləri məhz avtomobil alışının kreditləşdirilməsinə qoyulan məhdudiyyətlərdən sonra üzə çıxdı. Belə ki, paralel olaraq, neftin dünya bazar qiymətlərinin də enməsilə, tərslikdən hər şey eyni vaxta düşdü. Yəni, neft də məhz 2014-cü ilin iyun ayından ucuzlaşmağa başladı ki, sonradan manatın devalvasiya prosesi baş verdi və bu, bankları lap “beli üstə” qoydu…

Hələ bütün bunlara rəğmən, sonrakı ötən hər bir ilin yanvarın 1-dən iri həcmli mühəriki olan minik avtomobillərin idxalına qoyulan vergi rüsum dərəcələri artırılmaqda davam etdirildi.

Odur ki, hələ ilk vaxtdan yazırdım: Ölkədə bankları dirçəltmək, iqtisadi aktivliyi tam bərpa etmək, ticarət dövriyyəsini artırmaq, dövriyyədə nəğd pul kütləsi həcmini genişləndirmək üçün bu siyasətə son qoyulmalı, minik avtomobillərinin idxalındakı məhdudlaşdırıcı tədbirlər yumşaldılmalı, istehlak kreditlərinin verilməsi, xüsusən də onun minik avtomobillərinə yönəlik ödənilməsi proseduru 2014-cü ildən əvvəlki dövrə qaytarılmalıdır.

Ümumiyyətlə, avtomobil parkının sürətlə köhnəlməsi qarşısını almaq, əhalinin istifadəsində olan avtomobillərin daha yeni və müasir olması, həmçinin ekologiyanı da qorumaq üçün yeni avtomobillərin alışına əlçatanlıq yüksək səviyyədə təşkil edilməli, gömrük rüsumları azaldılmaqla bankların kreditləşdirmə mexanizmi də ağırlaşdırılmalı deyil, əksinə, yüngülləşdirilməlidir.

Bəli, Azərbaycanda bu gün minik avtomobilləri istehsal olunur, bu, çox böyük və müsbət hadisədir. Ancaq bu avtomobillərin ölkəyə gətirilənlərlə müqayisədə rəqabət qabiliyyəti, keyfiyyəti və alıcı cəlb etmək imkanları azdır. Digər mühüm mənfi cəhət isə ondan ibarətdir ki, yerli istehsala məxsus avtomobillər kifayət qədər bahadır. Bu, heç də əlverişli vəziyyət sayılmır. Onsuz da bazarda qiymətlər yüksəkdir. Yəni, demək istədiyim odur ki, “yerli istehsalı qorumaq” mülahizəsi də bütün qeyd olunanlar kontekstində əsassızdır. Odur ki, minik avtomobillərin idxalına qoyulan müxtəlif rüsum dərəcələri azaldılmalı və bu sahədə kommersiya bankları üçün geniş kreditləşdirməyə şərait bərpa olunmalıdır.

Ölkəyə avtomobil idxalı sahəsində mövcud vergi və gömrük rüsumlarının əhəmiyyətli dərəcədə azaldılması iqtisadi aktivlik üçün ən ciddi təsir vasitəsi, katalizator ola bilər ki, bunun xüsusən, indiki dövrdə nə demək olduğu aydındır.


Pərviz Heydərov

Previous Post

Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL

Next Post

İlham Əliyev hərbi hissənin açılışında

Bənzər yazılar

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

23 Sentyabr 2026 - 13:30

İşğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun bərpası istiqamətində həyata keçirilən layihələr davam etdirilir. Son olaraq Xocavənd rayonunda təcili tibbi yardım...

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

23 Sentyabr 2026 - 12:52

Bu ilin II rübündə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət müəssisələrində şəffaflığın və maliyyə intizamının artırılması, fiskal risklərin...

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

23 Sentyabr 2026 - 12:47

Milli Məclisdə qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti müzakirə olunacaq. Elchi.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin İctimai birliklər və dini...

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

23 Sentyabr 2026 - 00:02

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və xarici ticarət naziri,...

Next Post

İlham Əliyev hərbi hissənin açılışında

İlham Əliyev hərbi hissənin açılışında

Son xəbərlər

Üç vəkil cəzalandırıldı, ikisinə xəbərdarlıq olundu

Üç vəkil cəzalandırıldı, ikisinə xəbərdarlıq olundu

23 Sentyabr 2026 - 14:14
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

23 Sentyabr 2026 - 14:07
Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

23 Sentyabr 2026 - 14:00
Mərkəzi Bankın inflyasiya proqnozu

Mərkəzi Bankın inflyasiya proqnozu

23 Sentyabr 2026 - 13:51
“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 - 13:42
Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

23 Sentyabr 2026 - 13:30
İki stansiya buna görə pulsuz olubmuş – RƏSMİ

İki stansiya buna görə pulsuz olubmuş – RƏSMİ

23 Sentyabr 2026 - 13:18
Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

23 Sentyabr 2026 - 13:09
Fransa Ukraynada Avropa qoşunlarının yerləşdirilməsinə icazə verib

Fransa Ukraynada Avropa qoşunlarının yerləşdirilməsinə icazə verib

23 Sentyabr 2026 - 13:00
Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

23 Sentyabr 2026 - 12:52
QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

23 Sentyabr 2026 - 12:47
Millimiz bu gün Ermənistanla qarşılaşacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

23 Sentyabr 2026 - 12:38
Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

23 Sentyabr 2026 - 12:27
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Sabah 35 dərəcə isti olacaq

23 Sentyabr 2026 - 12:18
ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

23 Sentyabr 2026 - 12:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.