Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ORF telekanalına müsahibəsində Rusiyanın Avropada dondurulmuş aktivlərinə həbs qoyulması ilə bağlı qanunlara əməl etməyə çağırıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
“Biz qanunun aliliyi olan ölkələrik. Burada hər bir qərar – istər sanksiyalarla bağlı qərar olsun, istərsə də dondurulmuş vəsaitlərin istifadəsi – Lüksemburqdakı Avropa Məhkəməsi tərəfindən etiraz edilə bilər”, – nazir bildirib.
Şallenberq həmçinin xəbərdarlıq edib ki, Rusiya aktivlərinin müsadirə edilməsi məsələsində beynəlxalq hüquqa riayət edilməlidir.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynaya köçürülməsi üçün müsadirə edilməsi prosesini olduqca çətin olduğunu bildirib.
Qeyd edək ki, Avropa İttifaqı Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Bankının 200 milyard avrodan çox vəsaitini dondurub.
Havar Şəfiyeva