Avstraliyanın cənub-şərqindəki Viktoriya ştatında nəzarət altına alınmayan meşə yanğınlarında 14 min hektardan çox ərazi yanaraq kül olub.
Elchi.az xəbər verir ki, bu barədə Viktoriya ştatının prezidenti “Jacinta Allan” sosial şəbəkədə paylaşım edib.
Avstraliyanın cənub-şərqindəki Viktoriya ştatının qərbində baş verən meşə yanğınını söndürmək üçün 1000 yanğınsöndürən göndərilib.
Avstraliyanın fövqəladə halların idarə olunması naziri Murray Watt ABC telekanalına bildirib ki, qərbdəki Beaufort şəhərində 5-10 ev yanıb və ziyan dəymiş mülklərin sayı arta bilər.
Səlahiyyətlilər, küləklərin yanğını şimal-şərqə itələdiyini və Beaufort şəhərinin ətrafındakı icmaları yanma təhlükəsi ilə üz-üzə qoyduğunu bildirib.
Nuranə Məmmədova