Avstraliyanın Sidney yaxınlığındakı Long Reef və Dee Why çimərliklərində köpək balığının hücumu nəticəsində təcrübəli sörfçünün ölümü ərazidəki çimərliklərin qısa müddətə bağlanmasına səbəb olub.
Elchi.az xəbər verir ki, hadisə sentyabrın 6-da səhər saat 9:30 radələrində baş verib. 57 yaşlı sörfçü dostları ilə sörfinq edərkən dənizin təxminən 100 metrliyində köpək balığının hücumuna məruz qalıb. Səlahiyyətlilərə görə, qurban “bir neçə əzasını itirib” və “fəlakətli” xəsarətlərdən dünyasını dəyişib. Onun cəsədi səthdə tapılıb və xilasedicilər hadisə yerinə müdaxilə ediblər. Onun sörf taxtasının da yarıya bölündüyü bildirilir.
Rəsmi açıqlamalar
Yeni Cənubi Uels Polis Departamenti hadisədən sonra bölgənin çimərliklərini ən azı 24 saat bağladı və hücum edən köpək balığı növlərini müəyyən etmək üçün ətraf mühit ekspertləri ilə birlikdə araşdırma başlatdı. Surf Life Saving NSW-nin direktoru ictimaiyyətə suya girməmək barədə xəbərdarlıq edib.
Bu, Sidneydə 2022-ci ildən bəri ilk ölümcül köpəkbalığı hücumu idi. Bu, həmçinin ölkənin ən sıx məskunlaşdığı ştatı olan Yeni Cənubi Uelsdə 2025-ci ilin ilk ölümcül hücumu kimi qeydə alınıb.
Şayəstə Hüseynova






















Son şərhlər