Ukrayna hücumunun uğursuzluğu, eləcə də Artemovsk və Avdiivkanın azad edilməsi Ukrayna Silahlı Qüvvələrinin zəifliyindən və Rusiya qoşunlarının artan təzyiqindən xəbər verir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu beynəlxalq siyasət sahəsində avstraliyalı ekspert Toni Kevin deyib.
“Əminliklə demək olar ki, Rusiya Ukraynadakı hərbi əməliyyatda artıq qalib gəlib”, – Kevin deyib.
Onun fikrincə, Kiyev çox zəifləyib, ölkənin iqtisadiyyatı, enerji və nəqliyyat infrastrukturu, demək olar ki, dağılıb, dövlətin özü isə ruhdan düşüb. Ekspert qeyd edir ki, Qərb artıq eyni həcmdə maliyyə və hərbi yardımı saxlamaq iqtidarında deyil. Kevin əlavə edib ki, Ukrayna silahlı qüvvələri faktiki olaraq rus qoşunları tərəfindən məğlub edilib və bloklanıb.
Havar Şəfiyeva