Avropalı iqlim ekspertləri yazın və gələn yazın davam etməsinin xüsusilə Aralıq dənizi və Avropanın cənubunda quraqlığın müşahidə olunacağı ilə bağlı xəbərdarlıq ediblər.
Elchi.az xəbər verir ki, Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin “2022-ci il Avropa İqlim Bəyanatı” hesabatı dərc olunub.
Hesabata görə, son 8 il dünyanın ən isti dövrü olub. 2022-ci il Avropada qeydə alınan ən isti ikinci il olub. Son 5 ildə Avropada havanın orta temperaturu sənayedən əvvəlki dövr hesab edilən 1850-1900 intervalından 2,2 dərəcə yüksək ölçülmüşdür. Bu artım dünya üzrə orta hesabla 1,2 dərəcə olub.
Ötən il 1991-2020-ci illərlə müqayisədə 0,9 dərəcə isti olub ki, bu da istinad dövrü hesab olunur.
2022-ci ilin yayı həm də Avropada “ən isti yay” kimi qeydə alınıb. Keçən yay Avropanın əksər hissəsində intensiv və uzun istilik dalğalarının yaşandığı bir vaxtda temperatur orta göstəricidən 1,4 dərəcə yuxarı idi.
Şayəstə