Avropaya xəbərdarlıq- “Qızılca” sürətlə yayılır

181
SHARES
317
VIEWS

>

Avropanın bir neçə səhiyyə təşkilatı 2017-ci ilin əvvəlindən 14 ölkədə “qızılca” xəstəliyinin sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Bunu da oxuyun

Elchi.az dünya mətbuatına istinadən xəbər verir ki, son dörd ayda Avstriya, Rumınya, Bolqarıstan, Belçika, Çexiya, Macarıstan, Fransa, Almaniya, İsveç, İtaliya, Portuqaliya, Islandiya, İspaniya və İsveçrə kimi ölkələrdən 4000 nəfər bu xəstəliklə bağlı xəstəxanalara müraciət edib.

“Qızılca” virusuna ən çox yoluxma halı Rumınya və İtaliyada qeydə alınıb. Bundan başqa, virusun həkimlərə keçdiyi barədə də xəbər verilir.

Mütəxəssislər bu virusun yayılmasına səbəb kimi Avropa ölkələrində peyvəndsiz əhalinin artması göstərilir.

Bir neçə ölkənin Səhiyyə Nazirliyi Avropanın bu ölkəsinə səfər etməmək barədə çağırışlar edirlər.

“Qızılca” hava-damcı yolu ilə keçən infeksion xəstəlikdir. O, adətən yüksək hərarət və dəri səpkiləri ilə müşahidə olunur. Uşaqlar bu xəstəliyə 2-5 yaşlarında tutulurlar, böyüklər isə bu xəstəliyi daha ağır keçirir.

Əgər xəstəyə nəzarət olunmasa və düzgün müalicə aparılmasa “qızılca” xəstəliyi ölümlə nəticələnə bilər.

 Elchi.az

Bənzər yazılar

Next Post

Son xəbərlər