Avropa Birliyi 2015-ci ildə immiqrant axınından sonra nizamsız miqrasiya ilə mübarizə üçün ümumi qaydalar qəbul etməyə çalışarkən, İtaliyanın Lampeduza adasında başlayan böhran üzv ölkələr arasında illərdir davam edən müzakirələri yenidən alovlandırdı.
Elchi.az xəbər verir ki, qeyri-qanuni miqrasiya ilə mübarizə illərdir Aİ ölkələri arasında ən mübahisəli məsələlərdən biri olub.
2015-ci ildə başlayan miqrasiya böhranından bəri Aİ administrasiyası immiqrantların Avropa torpaqlarına ayaq basdıqdan sonra üzv dövlətlər arasında necə bölüşdürüləcəyi və ya geri göndəriləcəyi ilə bağlı suallara cavab axtarır.
Şayəstə Hüseynova