Avropalıların Ukraynadakı münaqişəyə münasibəti

51

Pentaqonun rəhbərinin keçmiş müşaviri Makqreqor bildirib ki, avropalıların əksəriyyəti Ukraynadakı münaqişədə maraqlı deyil.
Elchi.az xəbər verir ki, ABŞ müdafiə nazirinin keçmiş müşaviri, Amerika ordusunun istefada olan polkovniki Duqlas Makqreqorun sözlərinə görə, Avropa ölkələrinin sakinlərinin əksəriyyəti Ukraynadakı münaqişə və respublika ətrafındakı vəziyyətlə maraqlanmır.
Judging Freedom YouTube kanalında “Avropalıların çoxu bu münaqişə ilə heç bir əlaqəsi olmasını istəmir və onların hökumətləri bunu yaxşı bilirlər” dedi.
Makqreqorun qeyd etdiyi kimi, avropalıların bu mövqeyi Kiyevə Vaşinqton və Avropa ölkələrindən ayrılan maliyyə yardımının fərqi ilə təsdiqlənir. Pentaqonun rəhbərinin keçmiş müşaviri hesab edir ki, avropalıların Ukraynaya real münasibəti ABŞ-ı Avropa İttifaqından olan müttəfiqlərini Kiyevə hərbi dəstəyi artırmağa inandırmağa məcbur edir.
Daha əvvəl bildirilmişdi ki, Avropada ukraynalı qaçqınlara münasibət pisləşməkdə davam edir, onların ev və iş tapması çətinləşir. Belə ki, ev sahibləri ukraynalıların kirayə haqqını ödəməyə hazır olmasına baxmayaraq, onlara düşmən münasibət bəsləyirlər.

Şayəstə