Bu il meşə yanğınlarının Avropa ölkələrinə vurduğu iqtisadi ziyan təqribən 4,43 milyard dollar təşkil edib – bura yanğınların söndürülməsi və ərazinin bərpası xərcləri də daxildir. “Distrelec profil” təşkilatının məlumatına görə, hazırda yanğınlar təxminən 400 min hektar ərazini yandırıb. Elchi.az xəbər verir ki, bu barədə
Bloomberg məlumat yazıb.
Təbii fəlakətdən ən çox zərər çəkən Yunanıstan olub. İlin səkkiz ayı ərzində 160 min hektar ərazi yanğına məruz qalıb, dəymiş ziyan 1,8 milyard dollar həcmində qiymətləndirilir.
Dəymiş zərərə görə ikinci yeri İspaniya tutur. Ölkədə 84 min hektara yaxın ərazi yanıb, dəymiş ziyan 941 milyon dollara çatıb. Həmçinin, İtaliya və Portuqaliya meşə yanğınlarından çox zərər çəkib. Anomal istilər səbəbindən Fransa da meşə yanğınlarından əziyyət çəkən ölkələr sırasındadır.
Havar Şəfiyeva