Bu gün keçirilən hərraclarda Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 030-1 080 ABŞ dolları civarında dəyişir.
25 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) dekabr fyuçerslərinin qiyməti hərracların açılışında 1 083,7 dollar olub, lakin sonra enməyə başlayıb. Son göstəricilərə əsasən, dekabr fyuçerslırinin qiyməti 1 029,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5,4% azdır.
Məlumata görə, qeyd olunan dinamika yanvar və fevral fyuçerslərinin qiymətində də müşahidə olunur. Belə ki, yanvar fyuçerslərinin qiyməti 5,4% azalaraq 1 035,5 dollar, fevral fyuçerslərin isə qiyməti 5,6% enərək 1 031,4 dollar təşkil edib.
Qeyd edək ki, bu həftə içi qaz fyuçerlərin qiyməti həftə ərzində artmağa davam edir. Fyuçerslərin hesablama qiyməti bazar ertəsi günündən bəri 12% artaraq təxminən 1 090 dollaradək yüksəlib.
Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.
Azərbaycan neftinin qiyməti 122 dolları ötüb
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,29 ABŞ...





















Son şərhlər