Avropa son 500 ilin ən pis quraqlığı ilə üz-üzədir.
Elchi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nəzarəti altında olan quraqlıq araşdırma mərkəzinin (EDO) hesabatında deyilir.
Quru hava nəticəsində daxili gəmiçilik, elektrik enerjisi istehsalı və bəzi məhsulların məhsuldarlığı azalıb.
Hesabatda bildirilir ki, Avropanın 47%-i rütubət çatışmazlığından əziyyət çəkir.
Avropa ölkələrində quraqlıq səbəbindən yazlıq məhsulların məhsuldarlığı azalıb. 2022-ci ildə qarğıdalı məhsuldarlığı əvvəlki 5 ilin orta göstəricisindən 16% aşağı olacaq, soya və günəbaxan məhsuldarlığı isə müvafiq olaraq 15% və 12% azalacaq.