Avropada bəzi təcili xidmətlərdə gözləmə müddəti 90 saata çatır. Xəstələrin müalicəsi dəhlizlərdə aparılır. Dərman təminatı gərginləşir.
Elchi.az bu barədə xarici mediaya istinadən bildirir.
Həyəcan siqnalının verildiyi ölkələrdən biri də Fransadır. Xəstəxanalarda tutum problemi və kadr çatışmazlığı səhiyyə sistemini iflic duruma salıb.
Fransa və Almaniyada dərman qıtlığı artır
Fransanın bəzi bölgələrində təcili yardıma qəbul edilən xəstələr müalicə olunmaq üçün ən azı 12 saat, bəzən isə 90 saat gözləyirlər.
Almaniyada bir çox tibb işçisi həm koronavirus, həm də mövsümi xəstəliklər səbəbindən məzuniyyətdədir.
Xəstəxanaların həm böyüklər, həm də uşaq klinikalarında boş çarpayı yoxdur.
7 milyon xəstə müalicə gözləyir
Böyük Britaniyada səhiyyə sistemi təcili yardım xidmətlərinin yükünü daşıya bilmir.
Müalicə gözləyənlərin sayının 7 milyonu ötdüyü ölkədə Britaniya Həkimlər Assosiasiyası təcili yardım xidmətlərində vəziyyətin xaotik olduğunu bildirir.
İngiltərədə xəstəxana böhranı: Xəstələr otellərə yerləşdirilir
Britaniya Tibb Assosiasiyasının məlumatlarına görə, hər həftə 500 insan təcili yardıma gec müdaxilə səbəbindən ölür.
İngilislər düşünürlər ki, milli səhiyyə sistemi korrektə edilməlidir.
480 min insanın yuxarı tənəffüs yolları infeksiyasından əziyyət çəkdiyi Avstriyada dərman təminatında problem yaranıb.
Yeganə