Avropada qazın qiyməti aşağı düşdü

48

Sentyabrın sonunda Avropada qazın birja qiymətləri min kubmetr üçün təxminən 1884 dollar təşkil edib.

Elchi.az xəbər verir ki, bu barədə Londonun İCE birjası məlumat yayıb.

Məlumata görə, avqustun sonu ilə müqayisədə sentyabrda qazın qiyməti 24% azalıb. Azalmanın əsas amillərindən biri kimi Avropa anbarlarında qaz ehtiyatlarının maksimuma yaxınlaşması göstərilir.